Ulu öndərin ildönümü ölkəmizin hər yerində təntənəli şəkildə qeyd olunur
Dünən YAP Qaradağ rayon təşkilatı ümummilli liderimiz Heydər Əliyevin 86- cı ildönümü münasibəti ilə rayonda keçirilməsi nəzər də tutulan tədbirlərlə bağlı geniş iclas keçirdi.
İclasda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirdi ki, Azərbaycan xalqının xilaskarı, dövlətmizin qurucusu və memarı ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ölkəmizin hər yerin də təntənəli şəkildə qeyd olunacaqdır. Biz qaradağlılar da ümummilli liderin ildönümü münasibəti ilə xüsusi tədbirlər planı hazırlamışıq: "Mayın 6-dan start veriləcək bu tədbirlər sözün həqiq mənasında ümumilli liderimiz Heydər Əliyevin adına və siyyasi fəaliyyətinə layiq olmaqla yüksək səviyyədə keçiriləcəkdir.Təbii ki, tədbirin yüksək səviyyədə keçirilməsində biz YAP üzvləri daha fəal olmalıyıq və ümumilli liderin 86-cı ildönümü hər bir qəsəbədə, hər bir kənddə əhalinin bayramına çevrilməlidir. Bununla bağlı daha fəal və ciddi işlər işlər görülməlidir".
YAP Siyas Şurasının üzvü 2009- cu ilin üç ayı ərzində rayon təşkilatının fəaliyyətini də yüksək qiymətləndirdi. Xüsusən 18 mart referendumunda rayon əhalisinin fəal iştirak etdiyini bildirən natiq dedi ki, bu bir daha göstərdi ki, xalq YAP-ın təşəbbüsünü həmişə olduğu kimi yenidən dəstəklədi. Bu il rayon təşkilatında qadınlar şurasının iclası keçirildi və yeni sədr seçildi. Gənclər təşkilatı əlil və tənha insanlara yardım etmək üçün xüsusi kampaiya keçirdilər. Bu cəmiyyət tərəfindən müsbət addım kimi dəyərləndirildi.
İclasda YAP Qaradağ rayon təşkilatının qərargah sədri Ruslan İsmayılov da çıxış edərək bildirdi ki, 8 mindən çox üzvümüz var. Təkcə ötən il rayon təşkilatına 1027 nəfər üzvülüyə qəbul edilibdir. O daha sonra dedi ki, partiyaya qəbul olunmaq üçün yeni üzvlər ərizə veribdir. Nəriman Nərimanov adına NQÇİ-dən 51 nəfər, Ə.Əmirov adına NQÇİ -dən 10 nəfər, Qaz eamalı zavodundan 6 nəfər, 8 saylı peşə məktəbindən 6 nəfər partiyaya üzv olmaq arzularını bildiriblər.
Sədərək ticarət mərkəzinin Lökbatan qəsəbəsinə köçməsi ilə əlaqədar bu müəssisədəki 370 nəfər partiya üzvü də YAP Qaradağ rayon təşkilatına üzvülüyə qəbul ediləcəkdir.
Həmçinin tədbir də çıxış edən Qaradağ rayon İcra hakimiyyəti başçısının birinci müavini Zenfira Şıxəliyeva da ümummilli lider Heydər Əliyevin 86- cı ildönümü münasibəti ilə may ayının sonunadək hər həftənin şənbə və bazar günləri iməcilik, eyni zamanda, Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ümumrayon səviyyəsində Gül bayramı keçiriləcəyini bildirdi. Rayonda gənclər arasında müxtəlif səviyyəli idman yarışları təşkil olunacaq, məktəblilər arasında intellektual yarışlar keçiriləcək. Bir sözlə, bütün qaradağlılar Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin anadan olmasının 86- cı ildönümünün yüksək səviyyədə keçirəcəkdir. Çünki dünya azərbacanlılarının böyük sərkərdəsi, türk dünyasının qəhrəmanı Heydər Əliyevin anadan olduğu gün müqəddəs və dəyərli tarixdir.
İclasın sonunda YAP Qaradağ rayon təşkilatının sədri A. Hüseynov partiya işində fəallıq göstərdiklərinə görə, bir sıra üzvüləri, o çümlədən Əlizamin Məmmədovu, Ruslan İsmayılovu və Gülbəs İmaməliyevanı təbrik etdi, onlara yeni uğurlar arzuladı.