PDF Oxu

Xəbərlər

  • 56

Koreya ədliyyə naziri Bakıya gələcək

Koreya ədliyyə naziri Bakıya gələcək
Ədliyyə Nazirliyinin məlumatına əsasən, ölkəmiz dünya birliyinə sıx inteqrasiya edərək, xarici dövlətlərlə hərtərəfli, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlıq həyata keçirir. Koreya və Azərbaycan arasında hüquqi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə bu yaxınlarda bu ölkənin ədliyyə naziri Kim Gyon-Han respublikamıza səfər edəcək. Bununla əlaqədar, Koreya Respublikasının Azərbaycandakı səfiri Lü Kvanq-Çul aprelin 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşüb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə başçılarının 2006-2007-ci illərdə edilmiş qarşılıqlı səfərlərinin əhəmiyyətini və geniş müqavilə-hüquq bazasının mövcudluğunu qeyd edən nazir koreyalı həmkarının Azərbaycana səfərinin iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcəyini bildirib. Koreya ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını qeyd edən səfir ölkəsinin dövlətlərimiz arasında hüquqi sahədə mövcud münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduğunu vurğulamış, Koreya ədliyyə nazirinin səfəri ilə bağlı hər cür şəraitin yaradıldığına görə təşəkkürünü bildirib.

Digər xəbərlər