Xəbərlər

  • 6 609

“Latsio” səfərdə, “Napoli” evdə qalib gəlib

image

Futbol üzrə İtaliya A Seriyasında 20-ci tura yekun vurulub.SİA xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.Paytaxt təmsilçisi “Latsio” bu turda çətin “Atalanta” səfərinə yollanıb. Bu komandalar bir neçə gün əvvəl İtaliya kubokunda üz-üzə gəlmiş və “Atalanta” 3:2 hesablı qələbə qazanmışdı. Bu dəfə isə “Latsio” inamlı qələbəyə sevinib.“Napoli” və “Roma” da müvafiq olaraq “Parma” və “Verona” ilə ev oyunlarından inamlı qələbə ilə ayrılıb.“Spetsiya” evdə “Udineze”yə uduzubsa, “Kalyari” – “Sassuolo” görüşü bərabərliklə bitib. “Cenoa” da səfərdə “Krotone”yə böyük hesabla qalib gəlib.

İtaliya A Seriyası
20-ci tur
31 yanvar
Spetsiya – Udineze 0:1
Qol: De Paul, 52-pen.
Kalyari – Sassuolo 1:1
Qol: J.Pedro, 75 – Boqa, 90+4.
Atalanta – Latsio 1:3
Qol: Paşaliç, 79 – Maruşiç, 3. Korrea, 51. Muriqi, 82.
Krotone – Cenoa 0:3
Qol: Destro, 24; 50. Çiborra, 29.
Napoli – Parma 2:0
Qol: Elmas, 32. Politano, 82.
Roma – Verona 3:1
Qol: Mançini, 20. Mxitaryan, 22. Mayoral, 29 – Kolli, 62.
29 yanvar
Torino – Fiorentina 1:1
Qol: Belotti, 88 – Riberi, 67.
30 yanvar
Bolonya – Milan 1:2
Qol: Poli, 81 – Rebiç, 26. Kessye, 55-pen.
Sampdoriya – Yuventus 0:2
Qol: Kyeza, 20. Remzi, 90+1.
İnter – Benevento 4:0
Qol: İmprota, 7-öz qapısına. L.Martines, 57. Lukaku, 67; 78.

sia.az

Digər xəbərlər