İsmayıllı rayonunda 44 günlük Vətən müharibəsində ölkəmizin müdafiəsi uğrunda canlarından keçən XTQ giziri Musayev Ramil Aydın oğlunun və Qubaxəlilli kəndindən olan şəhid gizir Səlimzadə Kənan Məmiş oğlunun ildönümləri ilə əlaqədar olaraq ailələri ziyarət edilib. Anım mərasimində iştirak edən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov qeyd edib ki, bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin sosial-məişət problemləri həll olunur.
Eyni zamanda, İsmayıllı rayonu Qalınçaq kəndində Vətən müharibəsi şəhidi Tural Rəcəbəliyevin anım mərasimi keçirilib. Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, diqqət və dəstəyə görə, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Anım mərasimində YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
ZÜMRÜD BAYRAMOVA