Bu gün DÇ-2022-nin seçmə mərhələsində 8-ci tura start verilib.
SİA Matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.E qrupunda Estoniya Uelsi, Belarus isə Çexiyanı qəbul edib. Uels Estoniyaya qalib gələ bilməsə, Belçika dünya çempionatına qrup lideri kimi vəsiqə qazanacaqdı. Amma bu iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.G qrupunda 3-cü sırada yer alan Türkiyə yığması bu turda səfərdə Latviyayla qarşılaşıb və əzmkar qələbə qazanıb. Qrupun lideri Niderland Cəbəllütariqi darmadağın edibsə, 2-ci olan Norveç isə Monteneqro üzərində inamlı qələbəyə sevinib.H qrupunda Xorvatiya Slovakiyanı, Sloveniya Rusiyanı, Kipr isə Maltanı sınağa çəkib. Kipr və Xorvatiyada 4 qolluq heç-heçə qeydə alınıbsa, ruslar səfərdə çətin qələbə qazanıblar.J qrupunda Almaniya yığması səfərdə Şimali Makedoniyanı, İslandiya millisi isə evdə Lixtenşteyni darmadağın edib. Qrupun 3-cüsü Ermənistan yığması Rumıniya ilə oyundan məğlub ayrılıb.
DÇ-2022-nin seçmə mərhələsi
8-ci tur
11 oktyabr
E qrupu
Belarus – Çexiya 0:2
Qol: Şik, 22. Hlojek, 65.
Estoniya – Uels 0:1
Qol: Mur, 12.
Xal durumu: Belçika – 16, Çexiya – 11, Uels – 11, Estoniya – 4, Belarus – 3.
G qrupu
Latviya – Türkiyə 1:2
Qol: M.Demiral, 70 – S.Dursun, 76. B.Yılmaz, 90+6-pen.
Niderland – Cəbəllütariq 6:0
Qol: Van Deyk, 9. Depay, 21; 45+3. Dumfris, 48. Danyuma 75. Malen, 86.
Norveç – Monteneqro 2:0
Qol: M.Elyunussi, 29; 90+6.
Xal durumu: Niderland – 19, Norveç – 17, Türkiyə – 15, Monteneqro – 11, Latviya – 5, Cəbəllütariq – 0.
H qrupu
Kipr – Malta 2:2
Qol: Papulis, 7. Sotiriu, 80 – Muskat, 53; 90+8.
Sloveniya – Rusiya 1:2
Qol: İliçiç, 40 – Diveyev, 28. Cikiya, 32.
Xorvatiya – Slovakiya 2:2
Qol: Kramariç, 25. Modriç, 71 – Şçrans, 20. Haraslin, 45.
Xal durumu: Rusiya – 19, Xorvatiya – 17, Slovakiya – 10, Sloveniya – 10, Malta – 5, Kipr – 5.
J qrupu
Şimali Makedoniya – Almaniya 0:4
Qol: Haverts, 50. Verner, 70; 73. Musiala, 83.
Rumıniya – Ermənistan 1:0
Qol: Mitrita, 26.
İslandiya – Lixtenşteyn 4:0
Qol: Tordarson, 19. Qudmundsson, 35; 79. Qudyonsen, 89.
Xal durumu: Almaniya – 21, Rumıniya – 13, Şimali Makedoniya – 12, Ermənistan – 12, İslandiya – 8, Lixtenşteyn – 1.
sia.az