Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında 3 hektar sahədə kol-kos və ayrı-ayrı yerlərdə müxtəlif növ meyvə ağacları yanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.