Xəbərlər

  • 2 309

Mühüm tarixi hadisə - QURTULUŞ

image

Ölkəmiz mühüm tarixi yol keçmişdir. Uzun illər ölkəmiz qonşu dövlətin hücümuna, təcavüzünə məruz qaldı, torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Nəhayət tarixi ədalət bərpa olundu. Xalqimiz özünə layiqli lider tapdi. Dövlətçiliyin bərpasi üçün xalqımız layiqli liderini ölkəyə çağırdi. Ölkəmizi hərc- mərclikdən xilas edən Ulu Öndər Heydər Əliyev öz xalqının xilaskarı oldu. Xalq ona etimad göstərib dövlətin idarəsini ona hevalə etdi. Çətin və məşəqqətli vəziyyətdən ölkəmizi xilas etdi. Heydər Əliyev Azərbaycan xalqinin qurtuluşu oldu. Uzun illər sovetlərin tərkibində yaşayan ölkəmiz 90-ci illərdə öz müstəqilliyini bərpa etdi.

Elə günlər var ki, həmin gün xalqimizin həyatina qizil hərflərlə yazilib. Məhz 15 iyun Milli Qurtuluş Günü belə günlərdən biridir. Həmin gün ölkəmizdə bayram kimi qeyd olunur.

Müstəqilliyi qazanmaq vacib olduğu kimi, onu qoruyub saxlamaqda əsas şərt idi. Ulu öndər Heydər Əliyev məhz belə çətin bir vəzifənin öhdəsindən gəldi. Azərbaycanin adi məhz ölkəmizin qurucusu, memari olan Ulu öndərin adi ilə bağlidir. Vətəninin, elinin qayğisina onun kimi qalan ikinci şexs yox idi.

Birinci növbədə o, ölkədə siyasi sabitliyi bərpa etdi. Daha sonra isə xarici dövlətlərlə diplomatik əlaqələri bərpa etdi. Mənim həyatimda, fəaliyyətimdə yalniz və yalniz müstəqilliyimizi qorumaq idi, deyən Ulu Öndər Heydər Əliyev ölkəsi üçün hər şeyi etməyə çalişan insan idi. Onun fəaliyyəti dövrünü ölkəmizin çiçəklənən dövrü də demək olar. Öncə ölkəmizdə sakitliyi bərpa etmək üçün atəşkəs elan etdi. Qarabağ müharibəsi müvəqqəti də dayandırıldı. Bundan sonra ölkəmiz inkişaf mərhələsinə qədəm qoydu.

Ölkəmizdə ən böyük lahiyə "Əsrin müqaviləsi"idi. Bu lahiyə bizi bütün dünyaya tanitdi. Artiq Azərbaycan adini dünyanin lider dövlətləri siyahisina sala bildi. "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanliyam" söyləyən Ulu öndər ölkəsi üçün bütun sahələrdə mühüm işlər gördü. Onun kimi bir insanin ölkə rəhbərliyinə gəlməsi doğrudan da ölkəmizin qurtuluşu oldu.

Həlimə Məlikova,

Masallı rayonu, Böyük xocavar kənd tam orta məktəbin tarix məllimi.

Digər xəbərlər