PDF Oxu

Siyasət

  • 7 334

Qərbi Azərbaycan: Qayıdış Konsepsiyası ilə Böyük Qayıdışa doğru... TƏHLİL

image

Prezident İlham Əliyev: Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycanda vaxtilə ermənilər yaşamamış, daşnak quldurlar öz havadarlarının dəstəyi ilə bu yerlərə əsasən Türkiyə, İran və digər dövlətlərdən axışıb gəlmiş, onlar məqam düşdükcə, buradakı azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırıb çıxarmışlar. Lakin zaman hər bir dərdin əlacı olduğu kimi, yurduna, el-obasına həsrət insanların da dərdinin ilacı oldu. Budur, o zaman yetişmişdir. İllərlə arxalı köpəklərin soydaşlarımızın başına açdığı oyunların cəzası verilir. Tarix erməni nankorlarının bütün çirkin niyyətlərini açıb ortaya qoymaqla onların dünyada tanınmasına şərait yaradır. Birləşmiş Millətlər Təşkilatı katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması dediklərimizi təsdiqləyən amildir. Bu, onun göstəricisidir ki, adıçəkilən mötəbər qurum artıq Ermənistanın hiyləgər ermənilərinə inanmır, həmin ərazilərin Azərbaycanın qədim yurdları olduğunu təsdiqləyir və vaxtilə oradan zorla qovulan soydaşlarımızın doğma dədə-baba torpaqlarına qayıtmalarını dəstəkləyir.

Sülh şəraitində, təhlükəsiz və ləyaqətli şəkildə

Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Qayıdış Konsepsiyasını nəzərdən keçirərkən Qərbi azərbaycanlıların əzəli torpaqlarımıza sülh şəraitində, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması məsələsi Birinci Vətən Müharibəsi zamanı Qarabağdan zorla qovulan və 30 illik bir dövrdə məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan soydaşlarımızı canlandırır gözlər önündə. Çünki onların da əzəli torpaqlarımıza sülh yolu ilə qayıtması üçün dövlətimizin başçısı uzun illər danışıqlar apardı. Dünyanın aparıcı ölkələrinin ən yüksək tribunalarından bununla bağlı çağırışlar etdi. Lakin səsimiz eşidilmədi. Ermənilərin 30 il torpaqlarımızı işğal altında saxlamasına, bütün tarixi və mədəni abidələrimizi, minlərlə tikililəri, maddi və mənəvi dəyərlərimizi məhv etməsinə göz yumdular. Hansı ki, həmin torpaqlar da Qərbi Azərbaycan torpaqları kimi zaman-zaman əvvəlcədən hazırlanmış planların qurbanı olmuşdu. O torpaqlardan zorla çıxarılan insanların taleyi də Qərbi azərbaycanlıların taleyi ilə eyni olmuşdu. Soydaşlarımız illərlə əzab-əziyyət içərisində yaşamış, sonralar sosial şəraitləri yaxşılaşdırılsa da, yurd həsrəti bir an da onları tərk etməmiş, minlərlə insan qəlbində nisgillə, hicranla dünyasını dəyişmişdir.

Uzun illər evindən-eşiyindən didərgin düşən insanlar yaşadığı rayon, şəhər və kəndlərin adları çəkiləndə göz yaşlarını saxlaya bilmirdi, o yurdlarda keçirdiyi günlərdən ürəyindəki nisgillə səsləri titrəyə-titrəyə danışırdılar. Onları 30 ildə yaşadan yalnız xatirələr idi. O şirin xartirələrlə bir gün yenidən ocaqlarına qayıtmağın xəyallarını qururdular. O xəyalların isə bir gün reallaşacağı sözsüz idi.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Vətən Müharibəsi minlərlə soydaşımızın arzusunu reallaşdırdı. Sülh yolu ilə həll olunmayan Qarabağ məsələsi hərb yolu ilə həll olundu. Belə ki, 30 illik danışıqlar fayda verməyəndə, dünya susanda ölkəmizin rəhbəri hərb yolunu seçdi. Çünki o torpaqlar bizim tarixi torpaqlarımız idi və onların bir qarışı belə erməni tapdağı altında qala bilməzdi. Beləliklə də müharibə böyük itkilərlə, lakin Zəfərlə bitdi. Qarabağ 30 illik ayrılıqdan sonra anası Azərbaycana qovuşdu. Dövlətimizin başçısının göstərişi ilə dərhal işğaldan azad edilən torpaqlarda quruculuq, bərpa işlərinə başlanıldı. Başlanıldı ki, soydaşlarımız öz evlərinə tez bir zamanda qayıda bilsinlər. Ötən iki ildə Qarabağda həyata keçirilən işlərin hər biri, tikilən-qurulan, yaradılanlar bu Böyük Qayıdışı şərtləndirən amillərdir. Artıq Böyük Qayıdış başlanmışdır və mərhələli şəkildə davam etdirilir.

Qərbi azərbaycanlıların yaşadığı ərazilər də bizim əzəli torpaqlarımız olduğu üçün onların özlərinin, övladlarının, nəvə-nəticələrinin o torpaqlara qayıtması tarixi ədalətdir. Bu ədaləti daim ört-basdır etmək istəyən Ermənistana isə BMT-nin addımı tutarlı cavab oldu.

Ermənistan hökuməti Qərbi Azərbaycan mövzusunu təhrifetmə imkanlarından məhrum oldu

Bəli, qeyd edildiyi kimi, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.

Bütün bunların fonunda ermənilərin kimliyindən söhbət açmamaq mümkünsüzdür. Çünki tarixin hansı səhifəsini çevirsək, ermənilərin zaman-zaman Azərbaycan torpaqlarına yerləşdirilməsinin və yerləşmələrinin şahidi olarıq. Haradan gəldikləri, əsillərinin kim olduğu məlum olmayan ermənilər sanki bir ovuc “yaranmış” kimi dünyaya səpələnmiş, sonra bir-birilərinin qoxusuna bir yerə toplaşaraq görmüşlər ki, sağları bir xalq, solları bir millət, bu qənaətə gəlmişlər ki, nə edək, necə edək ki, bizim də bir qarış torpağımız olsun. Beləliklə də başlamışlar fəaliyyətə. Düşünmüşlər ki, bunun yalnız bir yolu var: kiminsə kölgəsinə sığınmaq, yazıq görkəm almaq və yaltaqlıq etmək. Bu bir ovuc “yaranmış” tənbəllik etmədən bu üç əsas amili həyata keçirməyə başlamışdır. Bəli, erməni adlı “yaranmış” yaltaqlıq, hiyləgərlik, nankor xislətlə ərazi sahibi olmuş, bundan sonra isə “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüşlər. Bu xülyadan ən çox əziyyət çəkən isə azərbaycanlılar olmuşlar. Tarixin ayrı-ayrı dövrlərinə nəzər salmaqla bunu açıq şəkildə görmək olur.

Çox təəssüf ki, onlara yazığı gələn Azərbaycan xalqı, yaltaqlıqlarından istifadə etməklə xislətlərində olanları həyata keçirənlər isə başqaları olmuşdur. Bu bir ovuc olanlar nəticəni gördükcə bir qədər də irəliləmiş, ordan bir parça, burdan bir parça qoparmaqla torpaq sahibi olmuşlar. Özlərini miskin görkəmə salmaqla və yaltaqlıqla, satqınlıqla başqasının olan bir parça torpaqlarını genişləndirmək üçün əl atmadıqları vasitə qalmamışdır.

Bir daha çox təəssüflər olsun ki, ermənilər xalqımızın tale yazısı olub. Onlara bizimlə qonşuluqda yaşamaq şansı verilib. Beləliklə başlayıblar bizim tarixi torpaqlarımız hesabına öz ərazilərini genişləndiməyə. Özlərinə yer edəndən sonra isə torpaqlarımızda soyqırımlar, təxribatlar törətməklə soydaşlarımızı qətlə yetirmiş, sağ qalanları pərən-pərən salmışlar. Yaltaqlıq və riyakarlıqlarından istifadə edib himayədarlarına çevrilənlər onları zaman-zaman Azərbaycan torpaqlarına yerləşdirməyi qarşılarına məqsəd qoymuşdur. Çünki bu çox mənada onlara da sərf edirdi.

Tarixən Rusiyanın müəyyən dairələrinin əlində türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilən ermənilər 1948-53-cü illərdə qədim Oğuz ellərində - bu gün Ermənistan adlanan ərazidə daha bir məkrli siyasətlərini reallığa çevirdilər. Onlar dünyaya səs saldılar ki, guya əzab-əziyyət içərisində yaşayırlar, əkib-becərməyə meyilli olsalar da, bu ərazilərdə azərbaycanlılar yaşayır. Çıxış yolu isə ondadır ki, müsəlmanlar öz əzəli torpaqlarından köçürülsün, qonşu Azərbaycan Respublikasında onlara yer ayrılsın. Ermənilər azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi üçün, ilk öncə Moskvaya yaltaqlanmağa başladılar. Daha sonra isə xaricdəki erməni diasporunun, xüsusilə Anastas Mikoyanın dəstəyi ilə Stalini ələ aldılar. Stalin belə bir göstərişə imza atdı ki, müxtəlif ölkələrdən Ermənistan ərazisinə köçürülən 500 minə yaxın erməni müxtəlif şəhər və rayonlarda yerləşdirilsin, azərbaycanlılar isə öz ərazilərindən çıxarılsın, Azərbaycan Respublikasının Kür-Araz ovalığında yerləşdirilsin ki, onlar burada kənd təsərrüfatını inkişaf etdirsinlər.

Beləliklə, Ermənistandakı azərbaycanlıların başının üstünü 1919-cu ildəki kimi yenidən qara buludlar aldı, xalqa arxa, dayaq duran tapılmadı və Qərbu Azərbaycan torpaqlarından kütləvi köç belə reallaşdı.

Şükürlər olsun ki, dövlətimizin başçısının beynəlxalq aləmdə apardığı böyükmiqyaslı işlər öz nəticəsini verir. Artıq əksər dünya öləkələri bizim haqlı olduğumuzu təsdiq edir. Təsdiq etməyənlər isə ədalətin kimin tərəfində olduğunu yaxşı bilsələr də, erməni xisləti ilə eyni xislətləri bunu hələlik səsləndirməyə imkan vermir. Lakin tarix və zaman Azərbaycan xalqının lehinə işləyir. Elə Birləşmiş Millətlər Təşkilatının Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması ermənilərə və onlar xislətdə olanlara tutarlı cavabdır. Bu sənəd Ermənistan hökumətini Qərbi Azərbaycan mövzusunu təhrifetmə imkanlarından birdəfəlik məhrum edir. Ermənistan hökuməti dərindən düşünməklə Azərbaycanın həm siyasət, həm də hərb meydanında atdığı uğurlu və ədalətli addımları qarşısında kim olduğunu dərk edər və gec də olsa ədalətə qayıdar. Təbii ki, bunu bacara bilərsə...

Bizi Qarabağa qaytaran Lider Qərbi Azərbaycana da qaytaracaq

Qarabağ və Qərbi Azərbaycan məsələsi dövlətimizin başçısının fəaliyyət proqramının başlıca prioriteti olub. Bunu ötən 20 ildə hər zaman görmüşük. Qarabağ məsələsi öz həllini tapandan, torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad ediləndən, əzəli ərazilərimizdə böyük bərpa işləri başlanandan sonra Qərbi Azərbaycan məsələsinə qayıdılması dediklərimizi təsdiq edən amillərdir.

Prezident cənab İlham Əliyev ötən il dekabrın 24-də-doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşərkən bu məsələyə bir daha nəzər salmışdır : Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.

Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.

“Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir”-, deyən dövlətimizin başçısı vurğulamışdır: Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.

Bəli, bu çıxışdan sonra bizi Qarabağa qaytaran Liderimizin bir gün Qərbi Azərbaycana da qaytaracağına bir daha əmin olduq. Dövlətimizin başçısının Qərbi Azərbaycan İcmasına verdiyi tövsiyələr bu gün özünü göstərməkdədir. Öncə Qərbi Azərbaycan İcmasının yanvar ayında beynəlxalq ictimaiyyətə müraciəti, 26 yanvar 2023-cü il tarixdə qəbul etdiyi Qayıdış Konsepsiyası və həmin Konsepsiyanın BMT katibliyi tərəfindən rəsmi sənəd kimi yayılması qısa zamanda Qərbi Azərbaycan məsələsi istiqamətində görülən işlərin bəhrələridir və bu bəhrələr bizi hər gün Qərbi Azərbaycana yaxınlaşdırır.

Əminik ki, bizi Qarabağa qaytaran Liderimiz yaxın gələcəkdə Qərbi Azərbaycana da qaytaracaq. Çünki bizim Liderimiz bütün dünyaya bu torpaqların tarixi Azərbaycan torpaqları olduğunu sübut edən Liderdir.

Mətanət Məmmədova

Digər xəbərlər