Siyasət

  • 4 595

Dağıdıcı müxalifətin seçki dələduzluğu ifşa olundu ANALİZ

image

Azərbaycan dövləti azad və demokratik şəkildə keçirilən növbədənkənar prezident seçkiləri ilə növbəti tarix yazdı. Bu tarixin adı zəfər seçkisi idi. Təbii ki, bundan sonra keçiriləcək istənilən seçki 7 fevral prezident seçkilərinin hazırlanıb həyata keçirilməsi taktikasından və təcrübəsindən bəhrələnməli olacaq. Çünki 7 fevral prezident seçkiləri elə bir yüksək səviyyədə təşkil olunmuşdur ki, burada cüzi belə səhv tapmaq, qüsurlar aşkarlamaq mümkün deyildi. Bu baxımdandır ki, seçki prosesini izləmiş 90 minə yaxın yerli və xarici müşahidəçilər arasında bir nəfər müşahidəçi belə seçkilərdə hansısa çatışmazlığın olmasını dilə gətirməyib. 200-ə qədər xarici KİV nümayəndələri də 7 fevral növbədənkənar prezident seçkilərinin beynəlxalq prinsiplərə və qaydalara əsasən keçirildiyini bəyan etdilər. Gülüş doğran və ironiya ilə qarşılanan məqam ondan ibarətdir ki, demokratik dünyanın böyük hissəsi Azərbaycanda baş tutan prezident seçkilərinin dünya ölkələri üçün nümunə olduğunu qeyd etdiyi halda ənənəvi məkrli dairələr və onları əlaltıları yenə də boşboğazlıq edir, məntiqsiz və əsassız fikirlər səsləndirir, hansısa ölkədə çəkilmiş seçki videolarını paylaşırlar. “Meydan “ TV, “Abzas media”, xaricdəki antimilli ünsürlər, Azərbaycanın dağıdıcı müxalifəti, “Azdlıq” qəzetinin saytı, “Toplum TV”, “BBC Azərbaycan”, “Azadlıq” radiosu, Sevinc Osmanqızının TV-si və digər fəaliyyətləri ancaq təxribatlar törətmək olan ünsürlər və onların rəhbərlik etdikləri təxribat maşınlarının əsas məkrli niyyətləri seçki ilə bağlı cüzi də olsa problem və ya çatışmazlıq aşkarlayıb, onun ətrafında şou yaratmaq idi. Lakin istəkləri baş tutmadı. Kifayət qədər seçki təcrübəsinə malik olan seçicilər bu dəfə də ayıq-sayıq idilər. Nəticədə 7 fevral prezident seçkiləri dünyanın sivil kəsimini heyran qoyan azad və demokratik seçki keçirilməsi ilə müstəqil Azərbaycanın tarixinə möhtəşəm seçki ənənəsini yazdı. O dərəcədə iyrənc xarakter alıblar ki, xarici ölkələrdə qeydə alınan hansısa qanunsuz seçki epizodunu Azərbaycanın ayağına yazmaqla tozanaq qopartmaq istəyirlər. “Azadlıq” radiosu video paylaşımında göstərməyə çalışır ki, guya bir seçici topa bülletenləri seçki qutusuna atır və eyni hərəkətini yenidən təkrarlayır. Digər epizodunda isə iki nəfər seçki kabinəsində səsvermə həyata keçirirlər. Araşdırmalarla üzə çıxan fakt ondan ibarətdir ki, həmin videolar 2016-cı il də xarici ölkələrin birində çəkilib. Bu iyrənc faktı təsdiq edir ki, ABŞ-dakı qaranlıq dairələr öz əlaltılarına xüsusi tapşırıqlar veriblər.

Korrupsiyaya bulaşan “Azadlıq” radiosunun ədalətdən danışması təəccüb doğurur

“Azadlıq” radiosu öz mətbəxinin çirkablarını dilə gətirməklə kifayətlənməyib, başqalarının da fikirlərini təhrif etməklə tirajlayır: “Norveç Helsinki Komitəsinin baş katibi Berit Lindeman deyir ki, bu seçkidə sürprizlə qarşılaşmadı, yenə də insanlar dəstə-dəstə seçkiyə gətirildi. Yenə də həqiqi rəqabətə imkan verilmədi, bu seçkidə hər hansı müxalifət lideri iştirak etmədi, azad mediaya, debatlara şərait yaradılmadı. Berit Lindeman ölkədə demokratiya ilə bağlı durumun daha da pisləşəcəyini gözləyir: "O, illər ərzində daha da avtoritar olur. Düzdür, vaxt olub ki, ölkədə indikindən daha çox siyasi məhbus olub. Amma ölkədə 200-dən çox siyasi məhbus var. Daha çox adamın həbs olunmamasının səbəbi odur ki, vətəndaş cəmiyyəti əvvəlki kimi aktiv deyil”. “Azadlıq” radiosu AŞPA-nın deputatı, Azərbaycan üzrə keçmiş həmməruzəçi Stefan Şennaxun adından da sayıqlamalar səsləndirib. Radionun müxtəlif özünün düzəltdiyi mənbələrə istinad etməklə vay-şüvən qoparmasının əsasında seçki prosesinə kölgə salmaq kimi uğursuz cəhd dayanır. Lakin burada da bir sıra texniki səhvlərə yol veriblər. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, seçki “saxtakarlığı” barədə yayımlanmış video görüntüsü xarici ölkə baş verən hadisədir. İkincisi, AŞPA nümayəndəsinin Stefan Şennax -əndərəbadi açıqlama verməsi təəccüblü görünmür. Çünki bu şəxs o qurumun təmsilçisidir ki, Azərbaycan əraziləri 30 il erməni işağlı altında qalıb, tarixi abidələri yerlə yeksan olduğu, 1 milyon insanın ev-eşiyindən didərgin düşdüyü, məscidlərinin, tarixi abidələrinin dağıdıldığı halda susmağa üstünlük verdilər, bu məqamda belə Ermənistana qarşı sanksiya tətbiq etmədilər. Qəbul etdikləri qərarların isə heç bir hüquqi çəkisi olmayıb. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra hay-küy qaldırıb, ermənilərin yanında olduqlarını nümayiş etdirdilər. Bu azmış kimi Azərbaycana qarşı AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması haqqında qətnamə qəbul etdilər. Norveç Helsinki Komitəsinin baş katibi Berit Lindemanının qərəzli sözlərinə gəlincə isə, burada da təəccüblü bir şey yoxdur. Birincisi ona görə ki, bu şəxsin həyat yoldaşı ermənidir. İkincisi, məşhur təxribatçı Stefan Gilin həmyerlisi və yaxın dostudur. Üçüncusü isə, əgər insanlar axın-axın seçki məntəqələrinə gedib səsvermədə iştirak edirlərsə, nədən bundan narahat olurlar? Xalq öz liderini sevirsə və Ona öz təşəkkür borcunu yerinə yetirirsə niyə əndişələnib, qarınağrısı keçirirlər? Nəhayət, “Azadlıq” radiosunun xislətidir, ağa qara deyib, hay-küy qaldırmaq. Bu, o radiodur ki, korrupsiya və rüşvətxorluq girdabında əzilir. Bütün jurnalist kollektivi ancaq ələbaxım formasında fəaliyyət göstərirlər. Pul almasalar, cibləri sevinməsə, kiminsə haqqında müsbət reportaj hazırlayıb yaymazlar. Məhz bu cür qanunazidd əməllərinə görə radioda aşağıdan yuxarıya qədər hər kəs sorğulandı və nəticədə əməkdaşlarının böyük əksəriyyəti işləri ilə xudahafizləşməli oldular.

“Azadlıq” radiosu ilə dağıdıcı müxalifəti ortaq maraqlar birləşdirir

Digər maraqlı məqam ondan ibarətdir ki, guya radio müstəqildir, ABŞ Konqresindən maliyyələşsə də, müstəqil informasiya siyasəti həyata keçirir. “Azadlıq" radiosunun nizamnaməsində qeyd edir ki, Konqres tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, müstəqil KİV qurumudur, informasiya siyasətində azaddır. Lakin radionun Azərbaycana qarşı qərəzli və sifarişli reportajları onu deməyə əsas verir ki, nizamnamədə yazılanlar cızma- qaradan başqa bir şey deyil. “Azadlıq” radiosu Fransa senatı, ABŞ Konqresi, AŞPA nümayəndələri kimi ermənipərəst mövqe nümayiş etdirir, Azərbaycana qarşı qərəzli şər və böhtanlar səsləndirir, reportajlar yayır. Bu fəaliyyətində Azərbaycanın dağıdıcı müxalifəti ilə eyni maraqları bölüşməsi və birgə iş aparmaları onu təsdiq edir ki, xarici maraqlı dairələr belə məsləhət görüblər. Fikir verin, dağıdıcı müxalifətin yaydığı istənilən şantaj və böhtan xarakterli informasiya ilk olaraq “Azadlıq” radiosunda işıq üzü görür. İndi də Milli Şura, AXCP və Müsavat amplualarına uyğun olaraq seçkilərlə bağlı dezinformasiyalar açıqlayan kimi “Azadlıq” radiosu ilk yayıma çevrildi. Diqqətlə yanaşdıqda aydın olur ki, dağıdıcı müxalifətin seçkilərlə bağlı açıqlaması, bəyanatı xarici maraqlı dairələrin tezisləri əsasında hazırlanıb. Yəni, başdan ayağa qədər şər və böhtanlardan ibarət olan fikirlər. Lakin görən, rüşvətxorluğun tüğyan etdiyi “Azadlıq” radiosunun başbilənləri Əli Kərimliyə, Cəmil Həsənliyə, Arif Hacılıya və digərlərinə sual edirlərmi ki, seçkilərdə iştirak etmədiyiniz halda hansı haqla seçkilərlə bağlı fikir yürüdürsünüz? Sizlərin seçki məntəqələrində müşahidəçiləriniz olmadığı halda haradan bilirsiniz ki, seçki prosesində nələr yaşanıb və baş verib? Yəqin ki, bu sualların cavabı olmayacaq. Çünki sualı səsləndirmək üçün “Azadlıq” radiosu müstəqil olmalıdır. Radio isə ABŞ Konqresinin boyunduruğu altındadır. Ortaq maraqlar hər iki tərəfi susmağa və bir-birinin ayıbını örtməyə məcbur edir.

İLHAM ƏLİYEV

Digər xəbərlər