Siyasət

  • 401

Cənubi Qafqazda sülh və təhlükəsizlik olmalıdır -ŞƏRH

image

Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etməsi onu göstərir ki, bu mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu mühüm, olduqca əhəmiyyətli bir platformadır .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və geniş nitq söyləyib. Çıxşında COP29-un ölkəmizdə keçirilməsinə xüsusi olaraq diqqət çəkən Dövlətimizn başçısı qeyd edib ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Ölkəmiz indi öz rolunu körpülərin salınmasında görür.

“Maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik”-deyə ölkə başçısı əlavə edib.

100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi olduqca mühüm bir platformada çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları, 30 ilə yaxın ölkəmizin, xalqımızın məruz qaldığı haqsızlıqdan, tətbiq olunan ikili standartlardan bəhs edib.

Forumun müzakirələr gündəliyində olan sülh və təhlükəsizlik məsələsinə toxunan Dövlətimizin başçısı Azərbaycanın sülhü müharibə vasitəsilə təmin etdiyini xatırladıb. Ölkəmizin demək olar 30 il ərzində işğal altında olduğunu və insanların bundan əziyyət çəkdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qaldığını və bir milyona yaxın vətəndaşımızın qaçqın və məcburi köçkün olduğunu, etnik təmizləməyə məruz qaldığımızı diqqətə çatdırıb. Ölkə başçısı bütün bunların Qarabağda və Şərqi Zəngəzurda baş verdiyini, o ərazilərin tamamilə yerlə-yeksan olunduğunu bildirib.

Cənab Prezident 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsininın azad etdiyimizi, ötən ilin sentyabr ayında isə öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdiyimizi vurğulayıb.

Çıxışında münaqişədən sonrakı vəziyyətə də toxunan Dövlətimzin başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü ölkəmizin irəli sürdüyünü qeyd edib. Azərbaycan özü baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladığını, indi iki ölkə arasında danışıqların getdiyini bildirib.

Erməni vandalizmindən, vəhşiliklərindən bəhs edən Prezident İlham Əliyev 30 ilə yaxın bir müddətdə insanların əziyyət çəkdiyini, beynəlxalq hüququn pozulduğunu, Azərbaycanın bütün mədəni, tarixi məkanlarının, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edildiyini diqqətə çatdırıb.

Ölkə başçısı Ermənistanla münasibətlərin hazırkı durumuna da toxunaraq indi müsbət tendensiyaya və sülhə doğru gedildiyini, sərhədlərin delimitasiyası, hətta demarkasiyasının başlandığını, buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunduğunu vurğulayıb.Dövlətimizin başçısı özünü vasitəçi adlandıranların, sadəcə öz məqsədlərini güddüklərini və yardım etmək istəmədiklərini, onlarbizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlərini açıq şəkildə bildirib.“Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik”- deyən Prezident İlham Əliyev bu fikirləri səsləndirərək bir daha heç kimdən, heç bir qüvvədən çəkinməyərək tam müstəqil siyasət həyata keçirdiyini nümayiş etdirib,eyni zamanda, həmin qüvvələrə ciddi mesaj göndərib.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər