Siyasət

  • 546

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir -ŞƏRH

image

Ölkəmizin mühüm beynəlxalqtədbirlərə evsahibliyi etməsi artıq ənənə halını almışdır.1 may 2024-cü iltarixdə Bakıda keçirilən“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edirdi.

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olmaqla dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb və bu proses də uğurla davam etdirilir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərək multikulturalizmin Azərbaycan vətəndaşları üçün həyat tərzi olduğunu qeyd etmişdir: “Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik”.

Azərbaycan Prezidentinin öz çıxışında toxunduğu çox önəmli məsələlərdən biri də Avropa və Qlobal Cənub ölkələri arasında əlaqələri yaratmaq və ya daha da gücləndirmək məsələsi ilə bağlı oldu: “Avropa-Qlobal Cənub istiqamətinə və həmrəyliyə gəldikdə, biz buna nail ola bilərik. Bunun üçün biz ürəkdən çalışmalıyıq, gündəliyimiz də buna köklənib. Eyni zamanda, bizim özümüzün yaşıl gündəliyimiz var və biz bunu xeyli əvvəl başlamışıq. Hətta xüsusilə COP29-a sədrlik bizə tapşırılanda qeyd edildi ki, bizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün biz çox yaxşı sərmayə şəraiti yaratmışıq, sərmayədarlar var.” Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu gün neft və qazla yanaşı bərpaolunan enerji mənbələrindən istifadə edir və ölkəmizin bu sahədə iqlim dəyişikliyi ilə bağlı göstəriciləri nümunəvi hesab oluna bilər.

Daha sonra dövlət başçısısülh və təhlükəsizlik, münaqişədən sonrakı vəziyyətlə bağlı olan məsələlərdən danışarkən qeyd etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə ölkəmiz münaqişədən sonrakı vəziyyətdədir. Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürüb. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Ölkə başçısı vurğuladı ki, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir dahaonu göstərir ki, bu məsələdə vasitəçi lazım deyil. Ölkə başçısı çıxışında bildirdi ki, bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadimaraqları naminə müdaxilə etmək istəsələr də Azərbaycan dövləti Cənubi Qafqazda buna icazəverməyəcək. Artıq Ermənistan da anlayır ki, Azərbaycan Cənubi Qafqazda sülh istəyir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər