Siyasət

  • 945

Mədəniyyətlərarası və dinlərarası dialoqlara Azərbaycanın daha bir töhfəsi - ŞƏRH

image

Bu gün Azərbaycan qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır, beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, dünyanı narahat edən problemlərin müzakirəsi üçün uğurlu platformalar təqdim edir. Belə mühüm və nüfuzlu beynəlxalq platformalardan biri də1-3 May tarixlərdə Bakıda keçirilən"Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum mədəniyyətlərarası və dinlərarası qlobal dialoqlara Azərbaycanın növbəti töhfəsi oldu.

Bütün bəşəriyyəti narahat edən iqlim dəyişilmələri, terrorçuluq, pandemiya, kiber təhlükələr və geosiyasi gərkinlik kimi mürəkkəb məsələlərin müzakirə olunduğu bu platformanın “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. “Bakı Prosesi” müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün 2008-ci ildə cənab İlham Əliyevin məxsusi təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Forum 100-dən çox ölkəni təmsil edən fərqli etnik, mədəni, dini və dil mənşəyi olan 700-ə yaxın insanı bir araya gətirdi, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaratdı. Forumun əsas məqsədi dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək,təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq yeni sənədlər və razılaşmaları formalaşdırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində geniş nitq ilə çıxış edib. Forum iştirakçılarını salamlayan ölkə başçısı COVİD və post-COVİD vəziyyətlə əlaqədar fəaliyyətinə fasilə vermiş Forumun yenidən canlanmasından məmnunluq duyduğunu bildirərək təhlükəsiz dünyanın qurulmasında mədəniyyətlərarası dialoqun mühüm rol oynadığını,lakin əfsuslar olsun ki, Bakıda keçirilən 5 il öncəki görüşdən sonra dünyanın təhlükəsiz olmadığını, dünyada yeni münaqişələrin, yeni qeyri-sabitlik məkanlarının və yeni təhdidlərin göründüyünü bildirib.

Sülh və qlobal təhlükəsizliklə bağlı bir sıra məqamlara toxunan Prezident İlham Əliyev qeyd edib ki, əsrlər boyu Azərbaycan mədəniyyətərin qovuşdğu məkan olub.Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayıb. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır.

Forumun gündəliyində müzakirə olunacaq məsələlərdən bəhs edən cənab Prezident çıxışı zamanı vurğulayıb ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Bunu gündəlik həyatında nümayiş etdirən Azərbaycan vətəndaşları üçün multikulturalizm həyat tərzidir və bu dəyərlərin əsrlər boyu münaqişə və müharibələrə baxmayaraq qorunub saxlanması çox fərəhli haldır.

Müstəqilliyin ilk illərində yaşanmış iqtisadi və sosial çətinliklərdən danışan, işğal altında olan ölkəmizin parçalanmaq təhlükəsi qarşısında olmasını xatırladan dövlət başçımız məhs əhAzərbaycan xalqının həmrəyliyi və birliyi sayəsində ölkənin bu vəziyyətdən çıxma təcrübəsindən bəhs edib və bildirib ki, milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi.

Cənab Prezidentin sözlərinə görə Azərbaycanda mədəniyyətlərarası dialoq güclü şəkildə təşviq edilir. Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil edilir. Bu Forumda dünyanın hər yerindən gələn rəhbərlər,dini nümayəndələrhəmrəylik və liderlik nümayiş etdirərək sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajların eşidilməsinə dəstək verəcəklər.

Çoxtərəfliliyə qəti şəkildə sadiq qalan Azərbaycan çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə kimi sədrliyi dövründə fəal şəkildə təşviq edib. Qoşulmama Hərəkatının fəaliyyəti gələcəkdə də davam etməli, ağrılı-acılı müstəmləkə tarixçəsi olan ölkələrin səsi dinlənilməli, hüquq və maraqları təmin olunmalıdır, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Azərbaycan Hərəkata sədrliyi dövründə ədalət naminə,beynəlxalq hüquq naminə öz səsini ucaldaraq bu məsələni qaldırmışdı. XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması yolverilməzdir. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir, ikili standartlar nümayiş etdirilir. Biz buna göz yuma bilmərik.

Yekdil qərarla Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə seçildiyini söyləyən cənab Prezident bildirib ki, bizim indi rolumuz körpülərin salınmasından ibarətdir. İqlim dəyişmələrinə aid olan məsələlərin və digər məsələlərin müzakirəsində bizə həmrəylik və qarşılıqlı etimad lazımdır.

Ötən ilin sentyabr ayında ərazi bütövlüyünü, suverenliyini tam bərpa edəndən sonra ölkəmizin Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldığını qeyd edən Prezident İlham Əliyev bütün bunlara baxmayaraq sülh təklif edən tərəfin məhs Azərbaycan olduğunu, hazırda sərhədlərin delimitasiyası, hətta demarkasiyasına başlandığını bildirib və əlavə edib ki, sülh prosesinə yardım etmək istəməyən, öz fərdi, siyasi və iqtisadi maraqları naminə bizim bölgəyə müdaxilə etmək istəyənlər öz məqsədlərinə nail ola bilməyəcəklər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə Ərazi Partiya Təşkilatının sədri

Digər xəbərlər