Siyasət

  • 1 107

Azərbaycan mədəniyyətlərin müxtəlifliyinin mərkəzidir - ŞƏRH

image


Bu gün dünyada mədəniyyətlərarası dialoqun təşviqində, sülh və sabitliyin təminində əsas amillərdən biri də təbii ki, çoxtərəflilik prinsipidir. Azərbaycan bu prinsipi çox uğurla tətbiq edir. Biz bunun Bakının Qoşulmama Hərəkatına sədrliyi dövründə də əyani şahidi olduq. Prezident cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz Şərq ilə Qərb arasında yerləşməyimiz əslində bu tendensiyaya imkan yaratdı və çox mədəniyyətli və böyük etnik mədəniyyətə sahib olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanın uğrlu inkişafını bir müstəqil ölkə kimi şərtləndirən məsələdə əminəm ki, məhz bunlardan ibarətdir. Bildiyiniz kimi, 3 ildən sonra Bakı prosesi rəsmən təsdiqləndi və biz Mədəniyyətlərarası dialoq forumuna başladıq. Sülh və sabitliyin, həmrəyliyin amillərindən biri Azərbaycan cəmiyyətində məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan öz təcrübəsini göstərib: "Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır.

Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb. Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək". Multikulturalizm Azərbaycan xalqı üçün demək olar ki, həyat tərzidir. Burada hər bir milliyyətdən olan vətəndaşlara və onların dininə hörmətlə yanaşılıb. Multikulturalizmlə bağlı respublikamızda bir çox tədbirlər keçirilib və keçirilməkdədir. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri də əsl vətənpərvər insanlar kimi vətənimizin dar günündə əllərinə silah alıb vətəni işğalçılardan qoruyaraq şəhidlik zirvəsinə ucalıb. Keçirilən Forumda 100-dən çox ölkənin 700 mötəbər təmsilçisi dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəlib. Forumda dünya üçün aktual olan çağırışlar və məsələrin müzakirə olunması, həmçinin bir sıra ölkələrdən dini liderlərin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi planlaşdırılıb. Bu mötəbər tədbirdə yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. Forum çərçivəsində təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəniirsinmühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edən məsələlər müzakirə edilib. Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakıprosesi” təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri tarix boyu qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamışlar və bu gün də yaşayırlar. Azərbaycanda mədəniyyətlərin dialoqu hər hansı süni ideologiyaya söykənmir. “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov keç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər