Siyasət

  • 1 208

Azərbaycan mədəniyyətlər ölkəsidir - ŞƏRH

image

Bildiyiniz kimi, ölkəmiz hər zaman hər sahədə irəlidə olduğu kimi mədəniyyət sahəsində də irəlidə olmuşdur. Ümumiyyətlə, Azərbaycan ölkəsi və Azərbaycan xalqı tarix boyu mədəniyyətə önəm verən,mədəniyyəti qoruyan, mədəniyyəti dəstəkləyən olub. İndiki dövrdədə eyni göstərişi Azərbaycan nümayiş etdirir.Həmçinin Azərbaycan dünyada mənim fikrimcə, ilk tolerant ölkədir.Buna misal olaraq ölkəmizdə yaşayan etnosları misal çəkmək olar. Millətindən və dinindən asılı olmayaraq hər bir etnos millətin mədəniyyəti ölkəmizdə qorunub saxlanılır. Hətta onların dili üzrə ibtidai sinif səviyyəsində dərslər də keçirilir. Bu bir daha sübut edirki Azərbaycan mədəniyyət birliyinin beşiyi olubdur.Bu yaxınlarda bildiyimiz kimi, Cənab Prezident İlham Əliyevin cari ilin 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış etmişdir. Bu forum olduqca əhatəli və böyük nüfuzlu forum idi. Prezidentimiz çıxışda bir sıra mövzulara ən əsası dünyada olan bir sıra qlobal məsələlərə toxundu. Prezident İlham Əliyev tədbirdəki nitqində bunları söyləmişdir:Çox şadam ki, Forum yenidən canlanır. Bildiyinizkimi, birneçəilərzindəfasiləmizoldu. Bu, COVID-lə və post-COVID vəziyyətlə bağlı oldu. İndi isə əminəm ki, bizim ənənəvi cədvəlimiz tamamilə bərpa olunub. Forumun gündəliyi genişdir – mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq? 2019-cu ildə Bakıda görüşümüzdən sonra, əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Çox şadam ki, Forum yenidən canlanır. Bildiyiniz kimi, bir neçə il ərzində fasiləmiz oldu. Bu, COVID-lə və post-COVID vəziyyətlə bağlı oldu. İndi isə əminəm ki, bizim ənənəvi cədvəlimiz tamamilə bərpa olunub. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu və çox keşməkeşli vaxtlarda – toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. O vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri, aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Müzakirə olunacaq məsələlərdən biri də çoxtərəflilikdir. Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Qoşulmama Hərəkatının sədri kimi yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni də daima diqqətdə saxlamışıq. Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub. Biz ədalət naminə danışırıq, beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Fransız dəniz aşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbul edilməzdir və buna son qoyulmalıdır. Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Biz sədr olaraq Hərəkat daxilində bu işi gördük. Biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Çünki onlar öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyirlər. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir. Biz burada iki üzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxudda ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik. Bir məsələni də qeyd edim. Bu da sizin müzakirələr gündəliyinizə aiddir ki, sülh və təhlükəsizlik münaqişədən sonrakı vəziyyətlə bağlı olan məsələlərdir. Bütün əvvəlki dialoq forumlarında mən işğal və ədalətsizlik haqqında danışmışam. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi, demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Biz öz səsimizi ucaltmışıq, biz ürəkdən çalışdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik.

Dövlətimizin apardığı siyasət hər zaman mədəniyyəti dəstəkləyən və ən çox mədəniyyəti qoruyan dövlət olub.

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər