Siyasət

  • 737

Azərbaycan mədəniyyətlərin qovuşduğu məkandır

image

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olmuş və Qərblə Şərq arasında körpü rolunu oynamışdır. Ona görə də bu gün əminliklə demək olar ki, Azərbaycan müstəqil və iradəli şəkildə dünyadakı qlobal proseslərə qoşulur və sülhün, dinc yaşayışın təminatına ciddi dəstək verir, mədəniyyətlərarası sintezin formalaşmasında ciddi rol oynayır. Azərbaycanın mədəniyyətlərarası münasibətlərdə qazandığı təcrübələr multikulturalizm, Azərbaycançılıq ideologiyasının təbliğində, xalqlar arasında dialoqun təşkilində mühüm rol oynayır. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də deyilənlərin real təsdiqidir. Qlobal əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin həlli üçün Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilən Forum Azərbaycanın bəşəri problemlərə biganə olmadığını və qloballaşan dünyamızda həm də Cənubi Qafqazda baş verən hadisələrə yeni bir baxış bucağı sərgilədiyini nümayiş etdirdi.

2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir.
2011-ci ildən bu günə qədər keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunun bir daha bütün dünyaya sübutu olmaqla yanaşı, həm də ciddi bir beynəlxalq platformaya çevrildiyini göstərir. VI Forumda 110 ölkəni təmsil edən 700 mötəbər qonağın iştirak etməsi dünyada bu Foruma və Bakıya artan marağın göstəricisidir.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha dünyaya sülh, həmrəylik çağırışı etdi. Azərbaycanın bu yolda tutduğu mövqeyini, qarşıya qoyduğu məqsədini açıqlayan cənab Prezident qlobal təhdidlərə qarşı birgə mübarizənin konturlarını təqdim etdi. "Mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər".
Bu Forum bir daha nümayiş etdirdi ki, Platformanın ideya müəllifi olan cənab İlham Əliyevin Forumdakı çağırışı dünya mədəniyyətlərarası dialoqun inkişafına, bu platformada ölkələrin birləşdirməsinə, fərqli mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının xidmət edir.

Arzu Abdullayev
Naxçıvan Dövlət Universitetinin prorektoru

Digər xəbərlər