Siyasət

  • 685

TikTok bağlansa vəziyyət necə olacaq? KÖŞƏ

image

Müasir dünyamızın yenilikləri çoxdur, bəlkə də minlərlədir. Hər birinin özünəməxsus formada müsbət cəhətləri var. Mənfi xüsusiyyətləri olana yeniliklər də az deyil. Sosial şəbəkələr isə müxtəlif xüsusiyyətləri özündə birləşdirir. Yəni, bu əndərəbadi yenilik həm müsbət, həm də mənfi cəhətlərə malikdir. Çoxluğun fikrinə əsasən demək olar ki, “Facebook”, Google , “YouTube” ,TİkTok, WhatsApp , “Instagram” və bu kimi digər sosial şəbəkələr daha çox mənfi cəhətlərə malikdir. Məhz buna görə də, bəzi dövlətlərin hakimiyyətləri qorxulu hesab olunan düşməndən canlarını qurtarmağa çalışırlar. Artıq Böyük Britaniya, ABŞ, Fransa, Argentina, Seneqal, Somali, Almaniya, Hindistan və nəhayət, bu günlərdə ABŞ bəzi sosial şəbəkələrə məhdudiyyətlərin qoyulması barədə qərar verib. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib. ABŞ TikTok-un fəaliyyətinə qadağa qoyulması təhlükəsizlik məsələləri ilə əlaqələndirilir. ABŞ Senatı TikTokun ölkə ərazisində yayımlanmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Prezident Bayden də qanun layihəsini öz imzası ilə təsdiqləyib. Qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara TikTok tətbiqini yükləmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır. Xoruzun quyruğu bu məsələyə münasibətdə görünür. Aydın olur ki, demokratiya, söz və mətbuat azadlığı, sərbəst internet resurslarına giriş, sadəcə, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və digər dövlətlər üçün, sadəcə, gəlişigözəl olması üçün deyilən boşboğazlıqdan başqa bir şey deyil. Niyə ABŞ, Fransa, Almaniya, Böyük Britaniya TikTok-un ölkə ərazində yayımlanmasına qadağa qoyub? Birmənalı şəkildə demək olar ki, Çin Xalq Respublikasından qorxurlar. Çünki TikTok Çin şirkətidir. Çəkinirlər ki, Çin onlara aid siyasi, hərbi məlumatlarını əldə etməklə onların sonunu yaxınlaşdıra bilər. Qadağanın tətbiq olunmasından kim incik qalacaq, hansı şəxslər, dövlətlər, xalqla onların qərarlarına necə münasibət bildirəcəkləri o qədər də önəmli deyil. Əsas odur ki, Çinin uzaqlara hesablanan məqsədlərinə və niyyətlərinə qarşı qabaqlayıcı tədbirlər görürlər. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl 500 minə qədər Google+ istifadəçisinin gizli fərdi məlumatlarının oğurlanması barədə dünya mətbuatında informasiyalar yayılmışdır. O zaman ABŞ susmuşdur. Çünki Google+ özününküdür. Əgər bəzi xarici ölkələr də olduğu kimi Azərbaycanda da sosial şəbəkələrin bağlanması, internet resurslarına çıxışın məhdudlaşdırılması halları yaşansaydı, özlərini ağıllı göstərməyə çalışan dövlətlər hay-küy qaldırıb, ardıcıl şər və böhtan xarakterli açıqlamalar yayardılar. Azərbaycanın dağıdıcı müxalifəti deyilən ünsürlər dövriyyə daxil olub, ağıllarına deyil ağızlarına gələnləri paylaşardılar. Fakt ondan ibarətdir ki, nəzarətsiz zona hesab olunan sosial şəbəkələrin imkanlarından geninə-boluna bəhrələnən dağıdıcı müxalifət və onların ətrafında olan trollar hər gün müxtəlif sosial şəbəkələrdə Azərbaycanın imicinə zərbə vurmağa hesablanan statuslar yazır, videolar paylaşırlar. Söyüş halları, insanların şəxsiyyətinin alçaldılması, təhqir edilməsi, dövlət atributlarına qarşı sayğısızlıq sosial şəbəkələrin bəzi istifadəçilərinin adət etdikləri hallardandır. Buna qarşı təəssüflər olsun ki, ciddi cəza tədbirləri görülmür. Halbuki, Cinayət Məcəlləsinin bu əməllərlə bağlı bir neçə maddəsi nəzərdə tutulur. Bunlar 271, 272, 273, 273-1-2-ci maddələrdir. Bu kimi əməllər mütəmadi olaraq işin araşdırılması nəticəsində müəyyən olunursa ki, burada kompüter sisteminə qanunsuz daxilolma mövcuddur, orada saxlanan məlumatlara qanunsuz daxil olmaqla Cinayət Məcəlləsinin 271.1 ci maddəsi ilə cəzalandırılır və 2000 manatdan 4000 manata qədər cərimə etməklə və ya 2 ilə qədər azadlıqdan məhrum etməklə cəzanlandırla bilir. Əgər kompüterə daxil olaraq məlumatlar qanunsuz ələ keçirmək niyyəti ilə edilərsə bu zaman Cinayət Məcəlləsinin 272 maddəsi ilə məsuliyyət yaranır və 272.1-ci maddəsinə görə 2000-dən 4000-ə qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Görünən ondan ibarətdir ki qanunlar o qədər də sərt deyil. Çünki, sosial şəbəkələr üzərindən qurulan rüsvayçı olayların sayı artmadadır. Lazımdır ki, bəzi sosial şəbəkələrə qarşı dövlət nəzarəti həyata keçirilsin. Sosial şəbəkələr də səhifələr yaratmaq istəyənlər əvvəlcədən üzərilərinə öhdəliklər götürmələri məsələsi qoyulsun. Həm də istifadəçilərin kimliyi, ünvanları, telefon nömrələri səhifələr də əks olunsun. İki, üç və daha artıq saxta səhifə yaradanlara qarşı sərt cəza tədbirləri görülsün. Fakt ondan ibarətdir ki, insanlar var ki, müxtəlif adlar altında bir neçə saxta səhifəsi mövcuddur. Ayrı-ayrı şəxslərin təhqir edilməsi, narkotika alış -verişinin həyata keçirilməsi, dövlətin imicini ləkələməyə hesablanan dezinformasiya xarakterli informasiyaların yayılması, şoular, məzhəkələr saxta səhifələr üzərindən həyata keçirilir. Açıq bazarın alverçiləri də az deyil. Xaricdəki antimilli ünsürlər internet TV-lər yaradaraq insanların heysiyyatına toxunan, təhqir edən açıqlamalar, müsahibələr yayırlar. Qısası, sosial şəbəkələrin narahatlıq gətirən kifayət qədər xüsusiyyətləri var. Ona görə də bu bəladan xilas olmaq üçün lazımdır ki, dövlətimiz təxirəsalınmaz tədbirlər görsün.

İLHAM ƏLİYEV

Digər xəbərlər