2023-cü ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəhbər orqanı COP29 sammitinin Azərbaycanda keçirilməsini təsdiqləyib. İqlim konfransı noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək və postsovet məkanında ilk olacaq. İlkin hesablamalara görə, sammit zamanı Bakıya 70-80 min xarici qonaq gələcək. BMT-nin Bakıda keçirilən iqlim konfransı ərəfəsində Amnesty International hüquq müdafiə təşkilatı Azərbaycanda insan hüquqlarının pozulmasına diqqət çəkib və forum iştirakçılarını bu problemi diqqətdən kənarda qoymamağa çağırıb. Qarabağın keçmiş liderlərinin azad edilməsi məsələsini Bakıda keçirilən COP29 iqlim konfransı ilə əlaqələndirməsi isə bu təşkilatın qərəzindən xəbər verir. Ermənistanın bu tədbirdə iştirakı isə yersizdir. Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 4-də jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, erməni məhbuslar geri qaytarılmadan Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakını məqsədəuyğun hesab etmir. "İrəvanın Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik bir qərarı yoxdur. Ermənistanın burada niyə iştirak etməli olduğunu, tədbirin ölkəyə nə verəcəyini və hansı səviyyədə təmsil olunacağımızı müzakirə etmək lazımdır. Müzakirə edəcəyik, bunun dövlətimizə lazım olub-olmadığını anlayacağıq, uyğun olmasa, getməyəcəyik. Düşünmürəm ki, məhbusları geri qaytarmaq imkanı olmasa, biz tərəddüd edəcəyik, amma gözləyək", o bildirib.
Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə ölkənin 2025-ci il büdcəsinin müzakirəsi zamanı demişdi ki, Ermənistanın konfransda iştirakı hazırda təsdiqlənməyib. Politoloq Andrias Qukasyan və siyasi şərhçi, STEP1 jurnalının redaktoru Naira Ayrumyanın fikrincə, Ermənistanın Bakıdakı COP29-da iştirakı vacib deyil. Andrias Qukasyan bildirib ki, hazırda Nikol Paşinyan məhbuslardan kimin azad ediləcəyi ilə bağlı bazarlıq edir. Politoloq Ermənistan rəhbərliyinin İrəvanda COP29 keçirməkdən imtina etməsini və Bakıda keçirilməsinə razılıq verməsini böyük səhv hesab edir. Konfransı məhbus problemi ilə əlaqələndirmək isə onun fikrincə, "qeyri-qanunidir, alçaqdır və Ermənistan hakimiyyəti üçün heç bir bəhanə yoxdur".
Bu, bir daha təsdiq edir ki, Ermənistanda bir qrup insan hələ də regionda nələrin baş verdiyini kifayət qədər dərk etmir. COP-dan istifadə edərək bir dövlətin cinayətkarlar barədə verdiyi qərara təzyiq göstərməyə çalışırlar. Separatçılıq bütün dünyada qanunsuz əməl sayılır. Bir ölkənin ərazi bütövlüyünə qəsd etmək, terrorçuluq fəaliyyəti ilə məşğul olmaq ən ağır cəzaya layiqdir, qanunsuz silahlı birləşmələr yaratmaq, həmin qüvvələrdən qanuni hökumətə qarşı çıxış etmək, uzun illər bölgəni terror, narkotik vasitələrin yetişdirilməsi laboratoriyasına çevirmək bağışlanmaz cinayət əməlidir. Buna görə, həmin şəxsləri heç bir ölkədə bağışlamazlar və Azərbaycan da həmin ölkələr sırasındadır.
Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və qondarma qurumun digər üzvlərinin rəhbərlik etdikləri cinayətkar dəstənin törətdikləri cinayətlər sadalamaqla bitməz. 1988-ci ildən başlanan və 2023-cü ildə "tabutuna son mismarın vurulduğu" separatçılıq və onun terrorçu ələbaşıları bir gün qanunlar qarşısında cavab verməli idilər. Dünyanın heç bir ölkəsi bu qanunsuz qurumu tanımırdı, heç Ermənistanın özü də Qarabağdakı özünü elan etmiş "dqr"ə beynəlxalq subyekt kimi baxa bilmirdi. Çünki, İrəvan beynəlxalq hüququn, BMT-nin norma və prinsiplərinin nədən ibarət olduğunu çox yaxşı bilirdi və əks təqdirdə bunun bədəli çox ağır ola bilərdi.
Tutaq ki, Arkadi Qukasyanı bütün məsuliyyətdən azad etdik, bəs onun rəhbərlik etdiyi cinayətkar, terrorçu dəstə tərəfindən minlərlə azərbaycanlının öldürülməsinə görə kim cavab verəcək, Reyqanmı, ata-oğul Buşlarmı, Klintonmu, yoxsa Barak Obama, bəlkə Tramp? Bəlkə, bu quldur dəstəsinin törətdikləri qanlı cinayətlərə görə Fransanın prezidentləri Mitteranı, Jak Şirakı, Sarkozini, Olandı, Makronu dar ağacına çəkək? Axır kimsə bu cinayətlərə görə cavab verməlidir, əks təqdirdə 30 minə yaxın azərbaycanlının qanı yerdə qalmış olar. Ermənilərin Qərbdəki ğaları hər şeyi unudun, barışın, həm də cinayətkarları buraxın. Onlar da gedib törətdikləri soyqırımılarının mükafatı olaraq Ermənistanın milli qəhrəmanı adını alsınlar.
Atalar məsəlidir, "itin kəlləsini xonçaya qoydular, diyirləndi düşdü". Ermənistanı "adam yerinə" qoyduqca üstümüzə gəlir, bizə şərt qoyur. Ermənistan COP29-a bilərəkdən gəlmir. Gəlib nə deyəcək? Deyəcək ki, Vedinin Arazdəyən kəndində ABŞ-ın maliyyə dəstəyi ilə ekologiyaya böyük həcmdə ziyan vurmaq üçün inşa etmək istədiyimiz zavodun tikintisini Azərbaycanın təkidli tələbi ilə bağlamaq zorunda qaldıq. Yoxsa, bu günə qədər kimya zavodlarından axıdılan zəhərli tullantılar səbəbindən mənsəbi Araz çayı olan Oxçuçayda bir dənə də balıq və digər canlılar qalmadığından bəhs edəcəkdi ermənilər? Ermənistan rəhbərliyinin Bakıda keçiriləcək COP29-a gəlməməsinin bəhanəsi çoxdur. Əgər cinayətkarları azad etsən növbəti sifariş Qarabağa heç bir şərt qoyulmadan ermənilərin qaytarılması, bir az daha irəli getsələr status məsələsi, daha sonra isə qondarma qurumun tanınması olacaq.
Siyasi cəhətdən yetkinləşməmiş, mədəniyyəti, əxlaqı, keçmişi və nəhayət gələcəyi olmayan bu sürünün adı ermənidir. 1988-ci ildən 2023-cü ilə qədər Azərbaycan ərazilərində törətdikləri cinayətləri, qanlı hadisələri, soyqırımılarını, əsirlərimizin başlarına açdıqları dəhşətləri, hələ də izsiz-soraqsız itirdikləri minlərlə azərbaycanlını, "əcdadlarımızın yaşadıqları ərazilər" deyib Qarabağda və ətraf rayonlarda kənd və şəhərlərimizin darmadağın edilməsini, xarabalığa çevirmələrini unudan ermənilər Azərbaycanın bütün dünya tərəfindən tanınan torpaqlarından bu yerlərin əsl sahiblərini - azərbaycanlıları əsir-yesir günündə necə qovduqlarını nə tez unutdular? Erməniləri başa düşdük, bəs bütn dünyanı mikriskopla izləyən və bu münaqişədə "aktiv" vasitəçilik missiyasını yerinə yetirən iri dövlətlərə nə deyək, hansı adı qoyaq. Qarabağdan qaçan azərbaycanlıların əksəriyyəti özünü və ailəsini güclə, güllə yağışı altında qonşu rayonlara çatdıra bilmişdilər. Bütün var-yoxlarını itirmişdilər, tək canların götürüb qaça bilmişdilər. Bu hadisə cəmi 30 il bundan qabaq olmuşdu. Ermənilər isə Qarabağdan Azərbaycan dövlətinin bütün səylərinə baxmayaraq öz xoşları ilə tərk ediblər. Videoçəkilişlər, fotolar, sənədlər var. Öz maşınlarında, heç bir təhlükə hiss etmədən aid olmadıqları torpaqlardan gedirdilər. Əksəriyyətinin heç Qarabağda doğulmadığı, Ermənistan hakimiyyətinin və erməni diasporunun qanunsuz məskunlaşdırdıqları hər kəsə bəlli idi. Üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlılarının tələm-tələsik daşıyıb Qarabağa doldurduğu "ermənilər"in kimliyi də gizli deyildi. Əksəriyyəti Rusiyada evi olan ermənilər idi, bu ölkənin vətəndaşı idilər. Sülhməramlıların Qarabağda tələm-tələsik "rus icması" yaratması da bu faktın doğru olduğunu sübut edir.
Qarabağdan qovulan azərbaycanlılar
Azərbaycanlıların 30 il əvvəl, ermənilərin isə təxminən 30 il sonra Qarabağı tərk etməsinin fərqinə, formasına, dəhşətinə, vəhşiliyinə diqqət edin. Hansı fərqi gördünüz? Məgər, ABŞ, yaxud Fransa, eləcə də Qərb ölkələri bunu görmür. Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası, Avropa Birliyinin Parlamenti Azərbaycana qarşı "etnik təmizləmə", "insan haqlarının qorunması (oxu: ermənilərin haqqının qorunması – müəllif) kimi əsassız iddialarla Azərbaycana qarşı sanksiyalar tətbiq etmək istəyirlər. Ermənistanın törətdikləri vəhşilikləri isə görməzdən gəlirlər.
Öz istəkləri ilə köçən ermənilər
COP29 əslində dünyanın tədbiridir. Azərbaycanın yox, dünyanın problemlərini həll etmək istəyən dünya birliyi ölkəmizin ev sahibliyi ilə bir araya gəlmək üçün toplaşırlar. Azərbaycanda keçirilən COP29-a gəlmək, yaxud gəlməmək ölkələrin öz işidir, istənilən qərar o ölkənin ayağına yazılır, dünyanın probleminə necə yanaşdığını göstərir. Tədbirin Bakıda keçirildiyindən istifadə edib cinayətkarların buraxılmasını tələb etmək cahillik əlamətidir.
V.VƏLİYEV