“Azərbaycanın enerji potensialı bütün dünyada iqtisadi sıçrayış üçün təsirli stimul ola bilər!”
Heydər Əliyev
Enerji bəşəriyyətin varlığının əsas amilidir. Bəşər cəmiyyətinin tarixi formalaşması ocağın istisi ilə başlayır və elektrik generatorları ilə başa çatır. Sosial-iqtisadi inkişaf enerjinin inkişafı ilə bağlıdır. Əhali artır, enerji istehlakı da artır, yanacaq ehtiyatları isə azalır. Təbii ki, bütün bunlar insan fəaliyyətinin ətraf mühitə mənfi təsiri nəticəsində baş verir.
Elektrik enerjisi sənayesi iqtisadiyyatın əsas sahəsidir, çünki o, əhalinin və xalq təsərrüfatının tələbatını elektrik və istilik enerjisi ilə təmin edir, digər qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu sənayenin düzgün işləməsi iqtisadiyyatın inkişafında mühüm amillərdəndir. Son dövrlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və cənab prezidentimiz, ali baş komandanımız İlham Əliyevin sayəsində elektroenergetika sənayesində sənayenin dövlət tənzimlənməsi sistemi dəyişib.
Müasir enerji texnologiyasında neft və ətraf mühitin kimyəvi çirklənməsini məhv edən bioyanacaqlardan istifadə olunur. Hazırda alimlər osmos effektindən enerji sektorunda, su elektrik stansiyalarının istismarında istifadə edirlər. Stansiyalarda şirin və duzlu su arasındakı təzyiq fərqi turbinlərin fırlanmasına və elektrik enerjisi istehsal etməsinə səbəb olur ki, bu da su elektrik stansiyalarının tikintisindən xeyli ucuz başa gəlir. Elm adamları enerjini naqilsiz məsafəyə ötürmək məsələsi ilə - "enerji İnterneti" ilə məşğul olmağa başladılar. Misal üçün simsiz smartfon şarj cihazını göstərmək olar.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda yeni iqtisadi-maliyyə münasibətləri, infrastruktur yaratmaq zərurəti yarandı. Xarici dövlətlərlə əlaqələrin qurulması xammal və materialların ixracına səbəb oldu. Ermənistanla ölkədə hərbi əməliyyatların dayandırılması ilə bağlı müqavilə imzalandıqdan sonra asayişin və sabitliyin bərpasına başlandı, xaricdən sərmayələr axını başlandı. 1999-cu ildə hökumətin səyləri nəticəsində elektrik enerjisi istehsalı artdı, ölkənin enerji sisteminin gücü artmağa başladı, enerji müəssisələrinin köklü modernləşdirilməsi layihələri həyata keçirilməyə başlandı, Azərbaycanın enerji sisteminin beynəlxalq elektrik əlaqələri quruldu. Hazırda elektrik stansiyaları tikilib ki, bu da elektrik enerjisi istehsalını artırıb. Ölkə iqtisadiyyatının elektrik enerjisi sənayesində təmin edilməsi zərurəti elektrik enerjisi sənayesi iqtisadiyyatının əsas vəzifəsidir. Bundan əlavə, dövlətin enerji təhlükəsizliyini də unutmaq olmaz ki, burada əsas vəzifə enerji ehtiyatlarının emalı, istehsalı, istifadəsi, idxalı və ixracıdır.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında dünyanın 24 ölkəsi, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndəsi iştirak edib. Bu da Bakının mərkəzi coğrafiya olmasını təsdiqləyir. Azərbaycan nəinki neft resursları ilə hətta qaz tədarükü sayəsində Avropanın və digər region ölkələrinin etibarlı sadiq tərəfdaşıdır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə Azərbaycanın dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri