Siyasət

  • 4 329

Əgər Ermənistan konstruktiv mövqe tutarsa... - ŞƏRH ÖZƏL

image

"Azərbaycanın qələbəsindən sonra Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş naziri arasında Moskvada baş tutan 11 yanvar görüşü Azərbaycanın möhtəşəm zəfərindən sonra keçirilən ilk əyani görüş idi. Nəzərə alsaq ki, Moskva görüşü eyni zamanda Rusiya Prezidentinin dövlət rəhbəri səviyyəsində 2021-ci ildə keçirdiyi ilk əyani görüşdür, məsələyə tərəflərin böyük önəm verdiyini söyləyə bilərik. Regionun gələcəyi ilə əlaqədar strateji hədəflərin planlaşdırılması, gələcək fəaliyyətə ümumi nəzər salınması üçün bu müzakirələrin aparılması çox vacib idi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Sevil Mikayılova deyib.Deputatın sözlərinə görə, tərəflər 4 saatlıq müzakirədən sonra 4 bənddən ibarət olan bəyanatla çıxış ediblər: "Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşə zəfər çalmış ölkənin lideri kimi gedib. Güman edirik ki, üçtərəfli görüşdə məğlub ölkənin lideri Nikol Paşinyanın növbəti addımlarını necə atacağı ona izah edilib. Görüşün əsas məqamlarından biri konstruktiv fəaliyyətin, əməkdaşlığın əsasının qoyulması idi. Bu da təbii ki, ilk növbədə regional kommunikasiya xəttlərinin açılması ilə bağlıdır. Ermənistanın imzaladığı 10 noyabr kapitulyasiya aktının səkkizinci bəndində komunikasiyaların açılması ilə bağlı müddəa yer alıb. Tərəflərin ilk əyani görüşündə bu müddəanın reallaşması üçün əməli addımlar müzakirə edilib. Bu özlüyündə çox vacib məqamdır, belə ki, gələcəkdə regionun inkişafı, regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün bu cür əməkdaşlıq formatlarının yaradılması öz sözünü deyəcək".S.Mikayılova vurğulayıb ki, Azərbaycanla Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası arasında həm dəmiyol xəttinin, həm də avtomobil yolunun yaradılması ilə bağlı razılaşma mövcuddur və bu çox vacib bir məsələdir: "Bu, ilk növbədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsinin təmin edəcək. Eyni zamanda daha geniş arealda Azərbaycanın nəqliyyat xətlərinin yaradılması üçün imkan yaradacaq. Məlumdur ki, Ermənistanın aqressiv siyasəti nəticəsində həm Türkiyə ilə, həm də Azərbaycanla əlaqəsi kəsilib. Hazırda, Azərbaycan Prezidenti qalib ölkənin rəhbəri kimi Ermənistana bu blokadadan çıxmaq üçün imkan yaradır. Bundan sonra əgər Ermənistan konstruktiv mövqe tutarsa, Azərbaycanın şərtlərini qəbul edəcərsə, Azərbaycanın ərazi bötüvlüyünə hörmət göstərərək regionda gələcəkdə daha böyük inkişaf, iqtisadi yüksəliş və bütün bunların fonunda da burada yaşayan insanların rifah halının yüksələcəyini gözləmək olar. Azərbaycana qaldıqda, bölgənin iqtisadi cəhətdən ən inkişaf etmiş lider ölkəsidir. Siyasi cəhətdən də əlbəttə ki, Azərbaycan Cənubi Qafqazın ən aparıcı dövlətidir. İqtisadi əsaslar siyasi müstəvidə də ölkənin dayaqlarını möhkəmləndirir. Güclü ordu, güclü iqtisadiyyat güclü dövlət deməkdir. Məhz ona görə də Azərbaycanla müharibə etmək, münaqişə aparmaq yox, Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Ümid edirik ki, Ermənistan dövləti nəticədə bunu anlayacaq".

sia.az

Digər xəbərlər