Siyasət

  • 1 604

Rusiyaya seçim etmək hələ də gec deyil TƏRS BAXIŞ+ÖZƏL

image

Əks halda, Osmanlı imperiyasının yaşadıqlarını Rusiya da yaşamalı olacaq

Rusiya sülhməramlılarının Laçın dəhlizi və s. nəzarət etdikləri bölgələrdə bilərəkdən (!) yaxud haralardansa gələn sifariş və əmrlər sayəsində 2020-ci ilin 10 noyabr bəyanatının bəndlərini kobud şəkildə pozmaları haqlı olaraq Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olmaqdadır. Artıq bəyanatın imzalanmasından 10 aydan artıq müddət ötür və maraqlısı da budur ki, erməni separatçı-quldurlarının xunta rejimi hələ də öz silahlıları ilə Azərbaycan ərazilərində hərbi məqsədli fəaliyyətlərini davam etdirir, səngər və blindajlar qazır, istehkamlar qurur, atəşlər açır, Azərbaycan tərəfindən axtarışda olan separatçı cinayətkarların başçıları Araik Arutyunyan əl-qolunu sallaya-sallaya, rahat şəkildə bu ərazilərdə hərəkət edir, Laçın dəhlizi vasitəsi ilə Ermənistandan Qarabağ regionuna - məhz rus sülhməramlıları kontingentinin gözü qarşısından silahlı dəstələr sızdırılır. Üstəlik, Rusiya sülhməramlıları İrandan Ermənistana, oradan isə qanunsuz şəkildə Xankəndiyə üz tutan İran furalarının hətta dövlət qeydiyyat nişanlarını dəyişdirmələrinə, yəni İranın nömrə nişanlarının dəyişdirilərək Ermənistan nömrələrinin vurulmasına belə əhəmiyyət vermirlər.
İmzaya sədaqətsizlik heç bir halda nə diplomatik cəhətdən, nə də digər baxımdan hörmətə, etimada layiqli hal olaraq qiymətləndirilə bilinməz!
Sual oluna bilər ki, nəyə görə, hansı səbəbə və maraqlara görə? Çünki Azərbaycan tərəfi üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir, hər zaman öz imzasına sadiq qaldığını, etibarlı tərəf olduğunu isbatlayır. Demək, belə çıxır ki, nə Ermənistan, nə də Rusiya qoyduqları imzalarına açıq-aşkar hörmət, sədaqət bəsləmirlər. Bu isə heç bir halda nə diplomatik cəhətdən, nə də digər baxımdan hörmətə, etimada layiqli hal olaraq qiymətləndirilə bilinməz!Beləliklə, əgər Rusiya qeyd olunan məsələlərdə üzərinə götürdüyü öhdəliklərə əməl etmirsə, yəni bəyanatdakı bəndlərin yerinə yetirilməsində, sözün əsl mənasında, yanlışlıqlara yol verirsə və ya etibarlı qonşusu Azərbaycandan daha çox Ermənistanda qahmar çıxırsa bu zaman bəzi xatırlatmaları etmək olar.Yeri gəlmişkən, bu yaxınlarda Rusiya politoloqlarından birinin Moskvanın guya Ermənistanla Azərbaycan arasında seçim etməsində çətinlik çəkməsi barədə iddia etməsi sözün həqiqi mənasında çox gülünc təsir bağışlayıb. Yəni sən demə, Rusiya qalıb necə deyərlər, “odla-su arasında” və nəticəli qərar verməkdə əməlli-başlı əzablara düçar olubmuş (?!)
Elə isə Rusiyanın düşdüyü “əzablardan” xilas oluması üçün danılmaz faktları (!) xatırlatmağın tam yeri və zamanıdır:
1. Rusiya ilə həmsərhəd olan ölkə Ermənistan deyil, Azərbaycandır. Moskva bu amili heç zaman unutmamalıdır!
2. Azərbaycan heç kimdən, heç yerdən asılı olmayan müstəqil dövlətdir, Ermənistandan fərqli olaraq. Yəni Ermənistan digər ölkələrin təzyiqi ilə hər an Rusiyaya arxa çevirə bilər. Əslində, 44 günlük müharibədən əvvəl və sonra biz bu kimi faktların şahidləri oluruq. Hətta Ermənistanın mövcud rəhbərliyinin sərhədlərinə ABŞ və Fransa ordu birləşmələrinin gətirilməsini, habelə zaman-zaman NATO-ya üzv olması barədə spekulyasiyalarını da Azərbaycan deyil, Ermənistan səsləndirib.
Azərbaycan isə öz etibarlı tərəfdaşlıq və qonşuluq prinsiplərinə xəyanət etmədi və etmir də.
3. İqtisadi cəhətdən Rusiyanın Ermənistanla deyil, Azərbaycanla əlaqələr qurması daha uğurlu nəticələrə gətirib-çıxara bilər. Çünki Ermənistanın çökmüş iqtisadiyyatının bərpasına uzun illər sərf etmək lazım olacaq. O cümlədən, Ermənistanın demək olar ki, bir çox iqtisadi mərkəzləri Kremlin nəzarətindədir.
4. Rusiyanın siyasətçilər eşalonuna kifayət qədər zəhərli düşüncələrə malik erməni diaspora nümayəndələri daxil olublar və onlar Moskvanın qonşuları ilə münasibətlərinə açıq-aydın müdaxilələr edir, normal əlaqələrin mövcudluğuna yumşaq desək, ağır xələllər və fəsadlar gətirirlər.
Azərbaycan diasporunun fəaliyyəti isə yalnız dostluq və mehriban qonşuluq prinsiplərinə söykənir. Bu gün Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin demək olar ki, dondurulmasında Rusiyanın siyasi isteblişmentinə sızmış çoxsaylı radikal erməni siyasətçilərinin rolları var.
5. Nəhayət, Moskva dərk etməlidir ki, istənilən müqayisədə xeyir məhz Azərbaycan tərəfindədir. Daha dəqiq desək, Rusiya dərindən düşünərək öz nəticəli seçimini etməlidir, çünki başqa yolu da yoxdur. Əks halda, nə baş verə bilər?
Birincisi, yavaş-yavaş Rusiyanın siyasi arenasını işğal edən zəhərli və zərərli erməni diasporası sonda Kremlin onsuz da aşağı doğru düşməyə başlayan beynəlxalq reputasiyasına ağır, bəlkə də ölümcül zərbəsini vurmuş olacaq. Moskva Azərbaycanla münasibətlərinə soyuqluq gətirə biləcək əməllərinə (yuxarıda qeyd edilən faktlar daxil olmaqla) siyasətinə dəyişiklik etməzsə, bu yalnız onun zərərinə səbəb olar.İkincisi isə Azərbaycanla dostluq və sırf etimadlara, etibarlılıq prinsipərinə xas olan əlaqələr qurmaq lazımdır. Çünki imperiya oyunbazlıqları burada keçməyəcək, bundan sonra isə ümumiyyətlə!Və üçüncüsü – Rusiyada müəyyən yüksək siyasi dairələrin yenidən SSRİ-nin yaradılması planları birdəfəlik unudulmalıdır. Belə olan halda Rusiya hələ də Ermənistan yanından çıxış edirsə, bu zaman həmin yol heç hara aparmayacaq. Hətta belə deyək: erməni-daşnak düşüncəsi o qədər alçaqdır ki, həmin düşüncə özü üçün rahat məqam və zaman seçərək xəncəri Rusiyanın kürəyindən saplayacaq. Hansı ki, bu alçaqlığı bir dəfə Osmanlı imperiyasına etmişdi..!

sia.az

Digər xəbərlər