PDF Oxu

Cəmiyyət

  • 5 164

Əmlak nə zaman etibarlı sayılmır? - ŞƏRH EDİLDİ

image

"Məhkəmə gedişatında tərəf mübahisəli əmlakı başqa şəxsə satmışsa, yaxud bağışlamışsa, o zaman məhkəmə iddiaçı tərəfin müraciəti ilə həmin alqı-satqı (bağışlama) müqaviləsinin etibarlı olub-olmamasına baxa bilər". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.

O bildirib ki, bu halda əmlakın yeni sahibi də işə cəlb olunmalı və məhkəmə onun vicdanlı əldə edən olub-olmaması məsələsini aydınlaşdırmalıdır: "Hər bir halda mübahisəli əmlakla bağlı məhkəməyə müraciət edilərkən yaxşı olar ki, əmlakla bağlı müəyyən hərəkətlərin edilməsi, o cümlədən onun özgəninkiləşdirilməsi əmlak mülkiyyətçisinə qadağan olunsun. Bu barədə məhkəmə tərəfindən iddiaçının müraciəti əsasında müvəqqəti xarakterli təminat tədbirinə dair qərar da qəbul edilə bilər.Əgər əmlak məhkəməyədək satılmışsa, o zaman iddiaçı tərəfindən qaldırılan iddia zamanı əmlakın hər iki həm köhnə, həm də yeni mülkiyyətçisi tərəf qismində işə cəlb edilməlidir.Əgər satılmış əmlak məhkəmə tərəfindən etibarlı sayılmazsa, o zaman əmlak köhnə sahibinə qaytarılır, yox əksinə etibarlı sayılırsa, o zaman əmlak yeni sahibində qalır ki, bu zaman iddiaçının əmlakla bağlı tələb hüququ əmlakın köhnə sahibinə qarşı pul tələbi ilə əvəz edilir.Əgər mənzildə qeydiyyatda olan şəxs xaricə köçmüşsə və onunla əlaqə kəsilmişsə, bu halda mülkiyyətçi həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün aşağıdakı hərəkətləri etdikdən sonra mənzilini satmaq imkanını əldə edəcəkdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci bəndinə əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə, şəxs müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilər.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin 14 iyun 1996-ci il tarixli Fərmanının 2.4.-cü maddəsinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.Beləliklə, mənzilin mülkiyyətçisi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək mənzilində qeydiyyatda olduğu şəxsin başqa ölkədə yaşayış yeri seçdiyi barədə məlumatı əldə etməli, sonra həmin məlumatla yaşadığı rayon üzrə polis idarəsinin pasport qeydiyyat şöbəsinə müraciət etməli və xaricdə yaşayan şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməlidir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər