Qusarda bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbir keçirilib

3 Dekabr 2019 13:29 (UTC+04:00)

Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbir keçirilib.
Tədbirdə təşkilatın şura üzvləri, qadınlar şurası, gənclər birliyinin üzvləri və partiyanın fəalları iştirak ediblər.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası ilə əlaqədar görüləcək işlər ətrafında fikirlərini bildirib: «51 saylı Qusar seçki dairəsi üzrə 229 nəfər, 53 saylı Quba-Qusar seçki dairəsi üzrə isə 36 nəfər Yeni Azərbaycan Partiyasının namizədidir».
Tədbirdə bələdiyyəyə namizədliyi irəli sürülən namizədlər Neva Abdurahmanova və Zalikə Qayıbxanova çıxış edərək ölkəmizin daha da inkişafı, xalqımızın rifahı naminə həyata keçirilən böyük layihələrin aparıcı və təkanverici siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi etimadı doğruldacaqlarını bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI