YAP Biləsuvar rayon təşkilatı "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına başlayıb

3 Dekabr 2019 13:35 (UTC+04:00)

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı "Xalq üçün" devizi ilə təbliğat təşviqat kampaniyasına başlayıb. Bütün seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisinə də yüksək ab-hava ilə başlayan YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar, seçki qanunvericiliyinə uyğun olaraq, budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, bələdiyyə seçkisində YAP-ın namizədlərinin təşviqat plakatlarını qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıblar.

Yeni Azərbaycan Partiyası tərəfindən rayonda olan 23 bələdiyyə üzrə 219 nəfərin namizədliyi irəli sürülüb. Müvafiq prosedur qaydalarına layiqincə əməl etmək üçün partiya fəallarının iştirakı ilə treninqlər keçirilib. Məqsəd isə seçicilərin mütləq səsi ilə növbəti seçkidə də qalib gəlməklə, xalqın etimadını əməli işlərlə doğrultmaqdır.

R.HÜSEYNOVA