Ağdaşda seçki kampaniyası uğurla davam edir

4 Dekabr 2019 16:28 (UTC+04:00)

Ağdaş rayonunda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilərlə növbəti görüşlər rayonun Şəmsabad və Birinci Aral kəndlərində keçirilib.Şəmsabad kəndində keçirilən görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Seçki Qərargahı Ağdaş rayon şöbəsinin üzvü İsa Eminov bələdiyyə seçkiləri ilə bağlı geniş məlumat verib. O bildirib ki, YAP tərəfindən Ağdaş rayonu üzrə 26 bələdiyyəyə 242 namizəd irəli sürülüb və bu namizədlər 89 saylı Göyçay-Ağdaş və 90 saylı Ağdaş Seçki Dairələri tərəfindən qeydə alınıb. Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə "Xalq üçün" devizi altında çox ciddi proqramla getdiyini vurğulayan İ.Eminov görüş iştirakçılarını ötən beş il ərzində görülmüş işlərlə tanış edib. YAP-ın Seçki Proqramında öz əksini tapan və növbəti beş ildə həyata keçirilməsi nəzərdə tutulan layihə və işlər barədə danışıb.YAP Seçki Qərargahı Ağdaş rayon şöbəsinin üzvü Anar Şahmuradov çıxışında qeyd edib ki, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranıb. Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə gələcəyə hesablanmış əhatəli dövlət proqramlarının, genişmiqyaslı sosial və infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, demokratik proseslərə güclü təkan vermiş, onun beynəlxalq aləmdə nüfuzunu gücləndirmişdir. Bələdiyyələr, artıq 20 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa, cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görürlər.GörüşdəYAP tərəfindən Şəmsabad bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülən Səbinə Mehdiyeva çıxışında onlara partiya tərəfindən göstərilən bu etimadı yüksək qiymətləndirərək, minnətdarlığını bildirib, bu etimadı öz əməli işləri ilə doğruldacaqlarını bildriib.Birinci Aral kəndində keçirilən görüşdə çıxış edən YAP Seçki Qərargahı Ağdaş rayon şöbəsinin üzvü Anar Şahmuradov qarşıdan gələn bələdiyyə seçkilərindən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb. A.Şahmuradov seçiciləri bələdiyyə seçkilərində fəallıq göstərməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.Görüşdə YAP tərəfindən Xosrov bələdiyyəsinin üzvlüyünə namizədliyinin irəli sürülməsini yüksək qiymətləndirən Səyyah Rəhimli çıxışında ölkəmizdə yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlərin həyata keçirilməsindən, mükəmməl qanunvericilik bazasının yaradılmasından, ölkəmizdə bələdiyyə institutunun tam formalaşmasından danışıb. Qeyd edib ki, ağdaşlılar vətənsevər, dövlətə, Ulu Öndər Heydər Əliyevin amallarına, ölkə Prezidenti, partiyamızın Sədri Cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xəttə sadiq insanlardır və bundan sonra da belə olacaqdır.

ZÜMRÜD