YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib

11 Dekabr 2019 17:23 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının qərargahında dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 13 saylı Xəzər - Pirallahı və 14 saylı Xəzər seçki dairələrinin ərazisində təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib.Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Milli Məclisin deputatı Rauf Əliyev çıxış ediblər.Görüşdə çıxış edənlər 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərdən danışıb, namizədlər barədə geniş məlumat veriblər.Natiqlər seçiciləri 23 dekabrda Yeni Azərbaycan Partiyasının təmsilçilərinə səs verməyə çağırıblar.

yap.org.az