Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anım günü keçirilib

11 Dekabr 2019 18:08 (UTC+04:00)

Dünən YAP Kürdəmir rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda tədbiri keçirib.

Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatı gənclər birliyinin sədri Rauf Abuşov müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyevin vəfatından 16 il ötdüyünü söyləyib: "Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və edəcəkdir".
YAP rayon təşkilatı gənclər birlyinin idarə heyəti üzvü, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin fond mühafizəçisi, rayon kreativ qrupunun koordinatoru Xəyyam Məlikov, təşkilatın gənclər birliyinin üzvləri şəhər 2 saylı tam orta məktəbin müəllimi Aysel Məmmədova, şəhər 1 saylı tam orta məktəbin müəllimi Sevinc Eyyubova və başqaları bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyinə həsr edərək güclü, sarsılmaz və qüdrətli bir dövləti - Azərbaycanı bizə bəxş etdi. Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Çıxış edənlər, onu da vurğulayıblar ki, bu gün ölkə rəhbəri İlham Əliyevin uğurlu siyasəti nəticəsində, müstəqil və müasir Azərbaycanımız daha da yüksələcək.
YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli isə Ümummilli Liderimiz Heydər Əliyevin ömrünü xalqının firavan yaşamasına həsr etdiyini və Onun əziz xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib.
A.Kərimli, həmçinin, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət-gənclər siyasətindən də danışaraq, bildirib ki, dövlət gənclərə daima diqqət və qayğı ilə yanaşıb.

R.KAMALQIZI