KOBİA Gənclərin İnkişaf və Karyera mərkəzləri ilə sıx əməkdaşlıq edəcək

8 Yanvar 2020 14:19 (UTC+04:00)

Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gənclərin İnkişaf və Karyera Mərkəzinin regionlardakı nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirəcək.KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq ölkə regionları üzrə agentliyin “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçiriləcək və gənclər sahibkarlıq fəaliyyəti üçün mövcud dövlət dəstəyi mexanizmləri, bu sahədəki layihə və proqramlar, digər yeniliklər barədə mütəmadi olaraq məlumatlandırılacaq, onlara lazımi informasiya və məsləhət xidmətləri göstəriləcək.Əməkdaşlıq çərçivəsində KOBİA və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümyəndəliyinin təşkilatçılığı ilə gənclərin sahibkarlıq bacarıqlarının artırılmasına dair tədir keçirilib. Tədbirdə KOBİA və Gənclərin İnkişafı və Karyera Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Gənclər Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və müxtəlif bankların nümayəndələri tərəfindən “Biznesdə maliyyə kapitalının əldə edilməsi və idarə olunması” mövzusunda məlumatlandırılıb, onların sualları cavablandırılıb.
AZƏRTAC