Həndbol üzrə yarışlara start verilib

14 Yanvar 2020 12:59 (UTC+04:00)

Həndbol üzrə ölkə kuboku yarışlarına start verilib.SİA-nın məlumatına görə, ilk olaraq kişilərdən ibarət komandalar mübarizəyə qatılıblar. Üç turdan ibarət qrup mərhələsinin ilk oyun günündə meydançaya əvvəlcə “Təhsil” və “Məhsul” kollektivləri çıxıblar. Azərbaycan çempionatının lideri, kubok turnirində də nahaq yerə favorit sayılmadığını sübut edib. Görüş “Məhsul”un 36:28 hesablı qələbəsi ilə başa çatıb.Günün digər oyununda isə “Bakı” U-18 komandasını sınağa çəkib. Bu qarşılaşma da imkanları yüksək qiymətləndirilən rəqibin qələbəsi ilə nəticələnib. Gənc həndbolçular çox çalışsalar da, “Bakı”nın uğurlu startına mane ola bilməyiblər – 36:20.Yanvarın 15-də qadın həndbolçulardan ibarət komandalar kubok uğrunda mübarizəyə başlayacaqlar. İlk turda “Azərsu” “Azəryol”la, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprelə təyin olunub. Qalib komandanın adına isə mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gələcək.

sia.az