Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə növbəti görüşü keçirilmişdir

23 Yanvar 2020 11:23 (UTC+04:00)

Yanvarın 22-də 30 saylı Suraxanı I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Hövsan seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi. Qeyd edək ki, namizədlə görüşdə 85 nəfər Hövsan qəsəbəsi Elman Qasımov 15A, 15B, 15V məhəllənin sakinləri olan seçicilər iştirak etmişdir.

Çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verərək qeyd edib ki, partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişafqarşıdakı illərdə daha da artacaq”. Növbəti dəfə Yeni Azərbaycan Partiyası mənim namizədliyimi irəli sürmüşdü, səsinizi etibar edəcəyiniz tədqirdə sizlərin və partiyanın etimadını doğrultmağa çalışacam.
Görüşdə iştirak edən qəsəbə sakinlərindən Abdullayev Bilal , Kərimov Hüseynbala, qəsəbə ağbircəyi Əliyeva Sevil, Ağazadə Rubabə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirərək namizədə uğurlar dilədilər.
Görüş zamanı Sevinc Fətəliyeva sakinlər tərəfindən səsləndirilmiş müraciətlərə münasibət bildirərək, onları narahat edən problemlərlə bağlı aidiyyəti üzrə qrumlar qarşısında məsələ qaldıracağını qeyd etdi.
Daha sonra deputatlığa namizəd Sevinc Fətəliyeva Hövsan kənd sakinlərinin istəyi ilə onlarla görüşmüş, mövcud problemlərlə əlaqədər müzakirələr aparilmişdir.
Kənd sakinləri növbəti 5 ilikdə də Sevinc Fətəliyevanı deputat kimi görmək istədiklərini vurğuladılar.

yap.org.az