Warning: opendir(/home/siaaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov seçicilərlə görüşlərini davam etdirir

5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov seçicilərlə görüşlərini davam etdirir

23 Yanvar 2020 13:27 (UTC+04:00)

5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər Şahbuz rayonunun Gömür, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Mahmudoba, Nursu, Daylaqlı, Sələsüz və Mərəlik kəndlərində keçirilib.

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun, eləcə də dərin islahatlar strategiyasının uğurlu nəticələrindən bəhs edib. O, Azərbaycanın beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanındığını seçicilərin diqqətinə çatdırıb. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: "Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Şübhəsiz ki, seçkilərin nəticələri partiyanın cəmiyyətdaxili siyasi proseslərdə yeri və rolunu müəyyən edir, insanların ona rəğbət və etimadını göstərir. Bu baxımdan, YAP bu günə qədər qatıldığı bütün seçkilərdə - bələdiyyə, parlament və prezident seçkilərində möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyəti Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Əminliklə söyləmək olar ki partiyamız fevralın 9-da keçiriləcək parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq".
Görüşlərdə çıxış edən seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Bildirilib ki, çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü olmayan müstəqil Azərbaycan dövləti hər bir vətəndaşın inam yeri, qürur mənbəyidir. Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır.
Sakinlər, eyni zamanda, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə inkişafa, tərəqqiyə və firavan gələcəyə xidmət edən mühüm işlərin görüldüyünü, insanların rifahının - həyat şəraitinin daha da yaxşılaşdığını diqqətə çatdıraraq qazanılmış nailiyyətlərin əhəmiyyətindən bəhs ediblər. Onlar Şahbuz rayonunda və onun bütün kəndlərində genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılmasının, yüksək infrastruktur təminatının yaradılmasının sakinlərə göstərilən xüsusi diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu vurğulayıblar.
Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli - layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.
Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

yap.org.az