Rusiya XİN-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemləri müzakirə olunub

25 Yanvar 2020 11:39 (UTC+04:00)

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ATƏTin Minsk Qrupu həmsədrlərini - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa ) və Endryu Şoferi (ABŞ) qəbul edib.SİA Rusiya XİN-dən "APA"nın Moskva müxbirinə verilən məlumata istinadən bildirir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.Məsləhətləşmələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual problemləri, eləcə də Rusiya, ABŞ və Fransanın münaqişənin nizamlanmasında vasitəçilik səylərinin koordinasiyası müzakirə olunub.

sia.az