Şahmatçılarımız növbəti oyunlarını keçiriblər

25 Yanvar 2020 11:58 (UTC+04:00)

Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” şahmat festivalında Azərbaycan təmsilçiləri növbəti oyunlarını keçiriblər. SİA-nın məlumatına görə, festivalın “Tata Steel Qualifer” turnirində iştirak edən gənc şahmatçımız Aydın Süleymanlı yeddinci turda niderlandlı Siem Van Daeli məğlub edərək aktivinə daha 1 xal əlavə edib.O, yeddi turun nəticəsinə görə 4 xalla 4-cü sırada qərarlaşıb. Festivalın “Tata Steel Chalangers” turnirində mübarizə aparan Rauf Məmmədovun isə on birinci turda almaniyalı Vinset Keymer ilə oyununda bərabərlik qeydə alınıb. On bir turun yekununa görə, aktivində 5,5 xal olan R.Məmmədov yeddinci pillədədir.

sia.az