Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir

25 Yanvar 2020 13:22 (UTC+04:00)

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun növbəti görüşləri rayonun Samur qəsəbə, Şirvanli, Aşağı İmamqulukənd, Əniqoba və Quxuroba kənd seçiciləri ilə olmuşdur.

Görüşləri YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov açmış, seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat vermişdir.
O, həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsinnən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışmışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər badamova səs verməyə çağırdı.
Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış etmişdir.
Görüşlərdə çıxış edən kənd sakinləri Nəriman Osmanov, Yaşar Behbudov, Nəvai Ağayev, Məmməd Eldarov, Nemət Ramazanov, Malıbəy Gidaliyev, Sevda Babayeva, Zaur Mürsəlov,Əsədulla Qələbəgiyev,Qubaşah Fətullayev və Gülbala Həmidov Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildirdilər.

yap.org.az