Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məşhur Məmmədovun görüşləri ruh yüksəyliyi ilə davam edir

28 Yanvar 2020 17:40 (UTC+04:00)

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Məşhur Məmmədov seçicilərlə keçirilmiş görüşlərdə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Masallı şəhərində də böyük işlər görülüb. Məşhur Məmmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ideyalarını və bu gün bu ideyaları layiqincə həyata keçirən cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Deputatlığa namizəd Məşhur Məmmədov Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla getdiyini bildirib.
Görüşdə iştirak edən seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyini bildiriblər.

yap.org.az