"Təşkilatçılıq məni yaxşı mənada təəccübləndirdi" AÇIQLAMA

10 Fevral 2020 16:15 (UTC+04:00)

Ukraynadakı seçki prosesini izlədikdən sonra Azərbaycandakı təşkilatçılıq məni təəccübləndirdi. Bunu SİA-ya xüsusi açıqlamasında "National Union Latvia"nın (Milli İttifaq) üzvü, Latviya Parlamnetinin üzvü, müşahidəçi Aleksandr Kirteins deyib.O bildirib ki, buradakı seçki prosesini çox yüksək qiymətləndirib. Xüsusilə də müşahidçilərin çoxluğunu maraqlı bir hal kimi qarşılayıb. "Müşahidəçilər çox idi. Latviyadakı seçki prosesi ilə müqayisə etsək bizdəki seçki müşahidəçiliyi sistemi çox fərqlidir. Bizdə partiyanın siyahısında olan və partiya tərəfindən seçilən müşahidəçilər olur. Onlar bütün məntəqələrdə qanuni pozuntu hallarının olmamasına nəzarət edirlər.Lakin Azərbaycanda isə müşahidəçilər təkcə partiya nümayəndələrinin müşahidəçiləri ilə məhdudlaşmır. Burada partiya nümayəndələrinin müşahidəçiləri ilə yanaşı, seçki prosesini izləyən digər müşahidəçilər də var. Hansı ki, onlar seçicilərin qohumları, dostları, yaxınları da ola bilər və ya tərəfdaşı. Bu maraqlı bir haldır.Bizdə, yəni Latviyada bir partiyadan 3-5 müşahidəçi gəlir. Lakin burada müşahidəçilərin sayı çoxdur, partiyadan və ya partiyadan olmayan, istənilən şəxs müşahidəçi qismində seçki prosesini izləyə bilir. Onlar hamısı da seçkiyə nəzarət edirlər".Latviyalı deputat Azərbaycandakı seçki prosesi ilə Ukraynadakı seçki prosesini müqayisə edib: "Azərbaycandakı seçki prosesi ilə Ukraynadakı seçki prosesini müqayisə etsək deyərdim ki, burada təşkilatçılıq daha yüksək səviyyədədir. Ukraynadakı seşki prosesində qarışıqlıq hökm sürürdü. Orada da həmçinin seçki prosesi 8-də başlayır lakin orada səhər saatlarında iştirak edən seçiciyə rast gəlmək olmur".Kirteins əlavə edib ki, Ukraynadakı seçki prosesində Komissiya üzvlərinin rəfdarı da qənaətbəxş deyil. O, buradakı seçki prosesini kolxoza bənzədib: "Təşkilatçılıq çox zəif idi. Lakin Azərbaycanda isə bu proses çox yaxşı təşkil olunmuşdu. Ukrayna ilə Azərbaycandakı seçkiləri qarşılaşdırdıqda buradakı təşkilatçılıq məni yaxşı mənada təəcübləndirdi".

sia.az