"Azərbaycanın bu çətin günündə də yanındayıq" MÜNASİBƏT

26 Fevral 2020 13:31 (UTC+04:00)

"Tarixə qara gecə adı ilə düşən Xocalı soyqırımından 28 il keçməsinə baxmayaraq, hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əskiklikdir". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı "Ana harayı" abidəsini ziyarət edərkən deyib. Səfir bildirib ki, Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir: "Hər zaman olduğu kimi, açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi, Azərbaycanın bu çətin günündə də yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".

sia.az