“Loqos” da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

26 Fevral 2020 13:35 (UTC+04:00)

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin və Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.SİA-nın xəbərinə görə tədbirdə PXTM-nin icraçı direktoru Leyla Rəhimova, Bakı Humanitar Kollecin direktor müavini, tarixçi Rasim Rzaxanov, Suraxanı Gənclər Evinin nümayəndələri Kamil Yaqubov, Suraxanı Gənclər Evi rəsm dərnəyinin rəhbəri Ülviyyə Paşayeva,Suraxanı rayonu gəncləri arasında keçirilən Xocalı Soyqırmınım 28-ci ildönümünə həsr olunan rəsm müsabiqəsində fərqlən gənclər və PXTM-nin fəal gəncləri iştirak ediblər.Tədbirdən öncə PXTM-nin Gənclərlə iş şöbəsinin rəhbəri Oruc Nəsirov şöbənin könüllü gəncləri ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər. Gənclər abidənin önünə gül dəstələri düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.Daha sonra “Loqos” – da tədbirə start verilib.Tədbir Xocalı soyqırımında amansızca qətlə yetirilmiş insanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra tədbiri açıq elan edən PXTİB-nin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova tədbirin proqramı haqqında geniş məlumat verib.Çıxış edən natiqlər PXTM-nin icraçı direktoru Leyla Rəhimova, Bakı Humanitar Kollecin direktor müavini, tarixçi Rasim Rzaxanov, Suraxanı Gənclər Evinin nümayəndələri Kamil Yaqubov, Ülviyyə Paşayevaqeyd ediblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olubdur. Tarixdə elə hadisələr vardır ki, heç zaman millətin, xalqın yaddaşından silinmir. Xocalı faciəsi də məhz belələrindəndir. Həmin tarixdən illər keçməsinə baxmayaraq xalq o qanlı fevral gününü unutmur və heç zaman unutmayacaq. Bu genosid günahsız və əliyalın xalqa, millətə qarşı ən böyük vəhşilik idi. Həmin gün Azərbaycan xain düşmənlə mübarizə aparırdı. Neçə-neçə Azərbaycan igidi məzlum xalqın xilas olması üçün düşmənlə çarpışdı. Həmin tarix yer üzərində ən dəhşətli faciələrdən biri idi. Bu gün xocalılılar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Onlar daim dövlətin diqqət və qayğısını hiss edirlər. Xocalı soyqırımından ötən müddət ərzində onların istər məskunlaşmaları, istərsə də sosial-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin edilməsi və s. istiqamətlərdə həyata keçirilən tədbirlər bunu təsdiqləyir. Xocalılıların ilk olaraq yeni salınmış qəsəbələrə köçürülməsi də bu dediklərimizə bariz nümunə sayıla bilər.Dağlıq Qarabağ və ona bitişik ərazilərimizin erməni işğalından xilas edilməsi istiqamətində aparılan mübarizədə xocalılılar da, digər torpaq itirmiş, yurdu yağmalanmış insanlar kimi, öz sözlərini qətiyyətlə deməyə hazırdırlar.Çıxışlardan sonra Suraxanı rayonu gəncləri arasında keçirilən Xocalı Soyqırmınım 28-ci ildönümünə həsr olunan rəsm müsabiqəsində fərqlən gənclər təltif ediliblər.

sia.az