"Real" "El Klassiko"da qalib gələrək liderliyə yüksəlib

2 Mart 2020 10:47 (UTC+04:00)

İspaniya La Liqasında 26-cı tura yekun vurulub.SİA xəbər verir ki, turun son oyununda "Real" "Barselona"nı qəbul edib. Madrid klubu "El Klassiko"da 2:0 hesabı ilə qalib gəlib.

"Real" - "Barselona" - 2:0
Qollar:Vinisius Junior, 71, Mariano Diaz, 90
Bu qələbə ilə xalını 56-ya çatdıran Zinəddin Zidanın komandası turnir cədvəlində liderliyə yüksəlib. "Barselona" 55 xalla 2-ci, "Sevilya" 46 xalla 3-cüdür.

sia.az