ÜST: Dünya üzrə koronavirusla bağlı son göstəricilər

11 Mart 2020 11:21 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 11-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb. SİA-nın məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 119 ölkə/ərazi üzrə 119 220 nəfərdir. Son yoluxma sayı 297 nəfərdir. Onların içərisində 25-i yeni olmaqla 4299 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 66 564 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1400 nəfər yeni sağalanlardır.

ÜST-ün risk qiymətləndirməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək

sia.az