"İlham Əliyevin son dövrlərdəki fəaliyyəti erməniləri ciddi surətdə qıcıqlandırır" - AÇIQLAMA

11 Mart 2020 13:21 (UTC+04:00)

“Azərbaycan diplomatiyasının son dövrlərdə, xüsusən Prezident İlham Əliyevin son dövrlərdəki fəaliyyəti erməniləri ciddi surətdə qıcıqlandırır. Münhen Təhlükəsizlik Forumunda cənab Prezidentin əzici üstünlüklə Paşinyanı rüsvay etməsi, daha sonra isə Prezidentin bir sıra ölkələrdə səfəri zamanı orada diplomatik uğurlara imza atması erməniləri qisas hissi ilə yandırıb yaxır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O, söyləyib ki, Türkiyənin hazırki siyasəti də ermənilərə təsir edən əlavə faktorlardan biridir: “Bəşəriyyət üçün başa bəla olan bu xalq özünün əsassız, heç bir ölçüyə sığmayan kin və kidurətini tökməyə yer axtarır. Uzun illərdir ki, bu kini Azərbaycan xalqının üzərinə tökürlər”.Politoloq bildirib ki, Paşinyan metroda təbliğat kompaniyasında iştirak edib və təbliğat kompaniyası çərçivəsində broşurlar paylayıb: “Metroda bir qadın onun payladığı təbliğat broşurunu cıraraq onun başına vurub. Bu da Paşinyanın erməni cəmiyyətindəki olmayan nüfuzundan xəbər verir və bu cür səviyyəsiz, küçədən gəlmiş bir adam Ermənistanda etirazları qızışdıran rolda çıxış edir. Bu baxımdan da Ermənistanın Azərbaycanla münasibətlərində gərginlik durmadan artır. Bu gərginliyin nəticəsi də ondan ibarətdir ki, Qarabağla bağlı danışıqlar prosesi donmuş vəziyyətdə qalır. Digər tərəfdən də ermənilər bizi sözün həqiqi mənasında provakasiyaya çəkmək istəyirlər. Bunlar bu cür hücumları Dağlıq Qarabağ ərazisində deyil, Ermənistanla təmas xəttində təşkil etməklə Azərbaycanın guya Ermənistan səhəddini pozması kimi imic yaratmağa çalışırlar”.Q.Hüseynli vurğulayıb ki, bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının sədri Vladimir Radyuhin Belarusiyada olub. O, ermənilərin təkidi ilə Yerəvana gəlib və bir sıra məsələləri, o cümlədən Azərbaycanla sərhəddəki insident məsələlərini onlarla müzakirə edib. Hər şeyi baş-ayaq təqdim ediblər. Hər şeydə Azərbaycanı təqsirləndirirlər. Bu da məntiqdən uzaq, heç bir əsası olmayan böhtançılığı, hər cür normanı aşıb keçir. Ermənistan bizi sərhəd münaqişəsinə cəlb etməklə, bizi orada hərbi əməliyyatlara cəlb etmək istəyir. Təbii ki, Azərbaycan aparılan bu hiyləgər siyasəti görür, ona görə də Azərbaycan bu hərbi əməliyyatlara getmir. Əlbəttə ki, onlar Azərbaycan sərhədlərini keçməyə cəhd etsələr lazımı şəkildə susdurulacaqlar. Amma biz Rusiyanın yaratdığı Putin NATO-sunun üzvləri ilə qarşı-qarşıya gəlmək fikrində deyilik. Ona görə də bu məsələlərdə kifayət qədər ehtiyatlıyıq”.

sia.az