Neftin qiyməti 5 faiz ucuzlaşdı

12 Mart 2020 12:00 (UTC+04:00)

Dünya bazarlarında neftin qiyməti 4.5 faizdən çox ucuzlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu ABŞ-ın koronavirusa görə, Avropadan ölkəsinə gələnlərə qadağa qoyulması ilə bağlıdır.Belə ki, Brent markalı neftin qiyməti 4,67% azalaraq bir barelə görə 34,12 dollar, WTI markalı neftin isə qiyməti 4,64%, ucuzlaşaraq bir barel üçün 31,45 dollar olub.Qadağadan sonra neftin dünya bazarında qiyməti daha 5 faiz ucuzlaşıb.Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 13-dən etibarən Avropadan ABŞ-a gələnlərə 30 gün müddətində qadağa qoyacağını açıqlayıb. Onun sözlərinə görə, Avropa Birliyi yayılmış koronavirusa kifayət qədər reaksiya verməyib, ona görə ABŞ tərəfindən müvafiq tədbirlər görülür. Qərar ABŞ-da daimi yaşayış statusu olan şəxslərə, ABŞ vətəndaşlarının yaxın ailə üzvlərinə və bəzi digər şəxslərə şamil edilmir.

sia.az