Siyavuş Novruzov: "Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur"

13 Mart 2020 16:03 (UTC+04:00)

“Bu gün Azərbaycanda yalandan ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.O bildirib ki, müəyyən mətbuat orqanları xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır: “Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalı, dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub. Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. 5-3 adamın şərhlərinə uymamalıdırlar”.

sia.az