"Qalatasaray"-"Beşiktaş": boş tribunalar önündə qolsuz sükut

16 Mart 2020 14:42 (UTC+04:00)

Bu gün Türkiyə Superliqasında 26-cı turun oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, turun son matçında İstanbul derbisi – “Qalatasaray” – “Beşiktaş” matçı keçirilib. Oyunda qapılara qol vurulmayıb. Bu nəticədən sonra "Qalatasaray" 50 xalla 3-cü pillədə qərarlaşıb. "Trabzonspor" və "Başakşehir" 53 xalla uyğun olan 1-ci və 2-ci yerləri bölüşür. "Beşiktaş" isə 44 xalla 5-cidir.Qeyd edək ki, koronavirus səbəbindən superliqanın oyunları azarkeşsiz keçirilir.
Türkiyə Super Liqası

26-cı tur

15 mart

Kayserispor – Yeni Malatyaspor 2:1
Qol: Mesanoviç, 22. P.Enrike, 42 – Kyartansson, 70.
Trabzonspor – Başakşəhər 1:1
Qol: Şkrtel, 63-öz qapısına – D.Ba, 56.
Qalatasaray – Beşiktaş 0:0

13 mart
Kasımpaşa – Göztəpə 2:0
Qol: Koita, 2; 90+2.
Ankaragücü – Rizəspor 2:1
Qol: B.Albayrak, 17-öz qapısına. Q.Rodriqes, 22 – Qarmaş, 45+1.

14 mart
Dənizlispor – Gənclərbirliyi 1:0

Qol: Rodalleqa, 54.
Alanyaspor – Qaziantep 1:0
Qol: Koker, 42.
Konyaspor – Fənərbaxça 1:0
Qol: Bayiç, 41.

sia.az