"Neftin qiyməti indikindən də aşağı düşsə islahatlar buna cavab verə biləcək" KOMİTƏ SƏDRİ

17 Mart 2020 13:23 (UTC+04:00)

'Bu gün dünyada baş verən hadisələr iqtisadiyyatda yeni reallıqları üzə çıxarıb. Ancaq Azərbaycanda həyata keçirilən islahatlar bu günə və sabaha hesablanaraq həyata keçirilir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib. O bildirib ki, sabah neftin qiyməti indikindən də aşağı düşsə belə, həyata keçirilən islahatlar buna cavab verə biləcək: "Ölkədə həyata keçirilən islahatlar öz nəticəsini verib".

sia.az