Hikmət Babaoğlu: "Biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik"

17 Mart 2020 13:31 (UTC+04:00)

“Koronovirus infeksiyası dünyanın 162 ölkədə yayılıb. Ancaq çox sevindirici haldır ki, Azərbaycanda bu virus az yayılıb. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.O bildirib ki, virusla yanaşı informasiya pandemiyası da təhlükəlidir: “İnsanlara vaxtında və düzgün məlumat yayılmalıdır ki, panikaya yol verilməsin. Tibbi ləvazimatların möhtəkirliyi ilə məşğul olan ayrı-ayrı qruplar ifşa olundu”.H.Babaoğlu söyləyib ki, biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik: “Azərbaycanda ictimai gigiyeniya məsələsi yüksəkdir. Azərbaycan xalqı bu virusla mübarizədə özünü səfərbər etməyi bacardı. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar öz evlərini həmin ölkələrdə olan həmvətənlərinə təklif etdilər”.

sia.az