Muxtar respublikada sənaye üzrə məhsul istehsalı ötən illə müqayisədə artıb

18 Mart 2020 13:45 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında muxtar respublikada sənaye üzrə 175 milyon 957 min manat dəyərində məhsul istehsal edilib.Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.Qeyd edək ki, muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.
AZƏRTAC