“Azərbaycanda demokratik dövlət qurulub və inkişaf etdirilir” ÖZƏL-MÜNASİBƏT

13 May 2020 15:48 (UTC+04:00)

"Azərbaycanda yeni siyasi sistemin formalaşması, ümümxalq, ümumdövlət maraqları naminə dialoqun aparılması və vahid mövqedən çıxışların müsbət nəticələr verməsi, qarşılıqlı anlaşma, əməkdaşlıq, partiyaların yaxşı təkliflərinə pozitiv münasibət, partiyaların fəaliyyətinə heç bir maneə olmaması, demokratik prinsiplərin əsas götürülməsi, mövqeyindən asılı olmayaraq, Cənab Prezidentin hər kəsə Azərbaycan vətəndaşı olaraq yanaşması ondan xəbər verir ki, Azərbaycanda demokratik dövlət qurulub və inkişaf etdirilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə deyib.Partiya sədri qeyd edib ki, ölkədə fikir plüralizmi də əsas amillərdən biridir. “Bütün qüvvələr hamısı bilrləşməli, bir yerə vurmalıdırlar. İstər müxalifət, istərsə də iqtidar nümayəndələri bir olmalı, birləşməlidirlər”, deyə Araz Əlizadə bildirib.

sia.az