YAP-ın könüllüləri Heydər Əliyev Fondu tərəfindən edilən ərzaq yardımlarının ünvanlara çatdırılmasında fəal iştirak edir

15 May 2020 15:53 (UTC+04:00)

Dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən sistemli və effektiv tədbirlər davam etməkdədir.

Heydər Əliyev Fondu tərəfindən yaşı 65-dən yuxarı olan insanlar, tənha, ahıl vətəndaşlar və aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ərzaq yardımlarının çatdırılmasında Yeni Azərbaycan Partiyasının könüllüləri iştirak edir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası bu layihədən başqa koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə aktiv fəalliyyətini davam etdirməkdədir.
YAP-ın bütün strukturları ilk gündən etibarən əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər. Bu məqsədlə partiya tərəfindən ahıl, tənha insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilib. Zəruri ərzaq yardımları Yeni Azərbaycan Partiyasının könüllüləri tərəfindən çatdırılıb.
Bundan əlavə, Yeni Azərbaycan Partiyası “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat ianə edib, "Sağlamlığımız milli həmrəyliyimizdədir!" aksiyası həyata keçirib.

yap.org.az