La Liqanın davam edəcəyi tarix məlum oldu

18 May 2020 13:38 (UTC+04:00)

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Almaniya futbol çempionatı mövsümünün davam etdirilməsini şərh edib, həmçinin La Liqanın başlayacağı tarixi açıqlayıb. SİA-nın məlumatına görə,o, bu barədə "Goal"a bildirib."Mən çox şadam. Bundesliqanın baş direktorunu təbrik etdim. Çox əhəmiyyətli iş gördülər, onlarla fəxr edirəm. Bu, təqlid üçün nümunədir. İstəyirəm ki, İspaniya çempionatı mümkün qədər tez başlasın. Biz 12 iyuna yönəlirik. Azarkeşlərin problemləri bu vəziyyətdə daha mövcud deyil”.Oyunçular cəmlənməlidir. Hər yeni mərhələ bizə böyük miqdarda insanla olmağa icazə verir və ehtiyatlı olmalıyıq. Bizim təhlükəsizlik tədbirlərimizlə məşqlərdə yoluxmaq praktiki cəhətdən mümkün deyil", - Xavyer Tebas əlavə edib.Xatırladaq ki, La Liqanın yarış cədvəlinə Katalon "Barselona”sı başçılıq edir. Komanda 58 xal toplayıb. Onu 56 xalla Madrid "Real”ı izləyir.

sia.az