İspaniya La Liqasında 29-cu tura iki oyunla start verilib - NƏTİCƏLƏR

16 İyun 2020 14:34 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 29-cu tura start verilib.SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Levante” və “Sevilya” üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb. Dörd qolun qeydə alındığı “Betis” – “Qranada” matçında da qalib müəyyənləşməyib.
İspaniya La Liqası
29-cu tur
15 iyun
Levante – Sevilya 1:1
Qol: D.Karlos, 87-öz qapısına – De Yonq, 46.
Betis – Qranada 2:2
Qol: Kanales, 84-pen. Telyo, 88 – C.Fernandes, 29. Soldado, 90+1.
16 iyun
21:30 Xetafe – Espanyol
21:30 Vilyarreal – Malyorka
00:00 Barselona – Leqanes
17 iyun
21:30 Eybar – Atletik
21:30 Valyadolid – Selta
00:00 Osasuna – Atletiko
18 iyun
21:30 Alaves – Real Sosyedad
00:00 Real – Valensiya

sia.az